news Image
2012.08.26
11:47
| A A A
“Rafiq Yüzbaşovun adının əvəzinə yanlış olaraq Nazim Yüzbaşovun adı yazılıb”
"Dünən hazırlanmış press-relizdə yanlış olaraq rejissor Rafiq Yüzbaşovun adının əvəzinə Nazim Yüzbaşovun adı qeyd olunub". Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqındanAPA-ya daxil olan məlumatda qeyd olunub.
Qeyd edək ki, dünən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı bir qrup kinematoqrafçının Rüstəm İbrahimbəyovun sədrlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) tərk etməsi barədə məlumat yayıb.
Məlumatda göstərilib ki, AKİ-ni tərk edən kino işçiləri arasında əməkdar incəsənət xadimi Fuad Vəlixanov, əməkdar artisti Zemfira Sadıqova, əməkdar mədəniyyət işçisi Adil Abbasov, kinoşünas Əlisəftər Hüseynov, rejissor Miri Rzayev, operator Mətləb Yaqubov, rejissor Nazim Yüzbaşov, prodüser Nadir Əzməmmədov, icraçı prodüser Akif Əliyev var.
Lakin bu gün rejissor Nazim Yüzbaşovun bir neçə il əvvəl dünyasını dəyişdiyi məlum olub və bu barədə mətbuatda yazılıb.