news Image
2012.09.11
14:55
| A A A
Bir kitab, bir təbəssüm - FOTOLAR

Movqe.Az xəbər verir ki, bu gün Park Bulvar Alış-Veriş Mərkəzinin birinci mərtəbəsində Gənclər üçün Təhsil Mərkəzinin Ağcabədi rayonundakı fəallarının və telejurnalist Vəsilə Vahidqızının "Bir kitab, bir təbəssüm" adlı humanitar aksiya keçirilib.

Əsas məqsədi region gəncləri üçün Ağcabədidə yeni kitabxananın qurulmasını və onların kitaba olan marağını artırmağı nəzərdə tutan aksiyaya millət vəkilləri, jurnalistlər və cəmiyyətimizin müxtəlif sahələrini təmsil edən ziyalılar qoşulmuşdur.

Aksiyada çıxış edən millət vəkilləri Qənirə Paşayeva, Aydın Mirzəzadə, Aqil Abbas, Türkiyənin tanınmış sənətçisi Ahmet Şafak, tanınmış jurnalistlər Nərgiz Cəlilova, İlhamə Novruzova, Azər Həsrət, Günay Malikqızı və digərləri gənclərin bu təşəbbüsünü yüksək qiymətləndirdilər və öz kitablarını gənclərə hədiyyə etdilər.

Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzi yaxın vaxtlarda region gənclərinin toplanan kitablardan sərbəst yararlanması üçün müvafiq şəraitin yaradılmasını təmin edəcək.









Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs