news Image
2012.09.17
17:34
| A A A
PASHA Bank və British Council-un birgə layihəsi çərçivəsində biznes-jurnalistikanın inkişafı üzrə təlimlərə start verildi

Movqe.Az xəbər verir ki, Azərbaycanın ən iri banklarından olan PASHA Bank "British Council" ilə əməkdaşlıq əsasında yerli biznes-jurnalistikanın inkişafına həsr olunmuş proqramın həyata keçirilməsi çərçivəsində növbəti mərhələnin başlandığını elan edir. Layihə yerli Kütləvi İnformasiya Vasitələrinin əsasən iqtisadi mövzularda yazan işçilərinin peşə qabiliyyəti və bacarıqlarının mükəmməlləşdirilməsinə yönəlib.

Bankın İdarə Heyətinin Sədri Fərid Axundovun layihə iştirakçılarını salamlama nitqində bildirdiyinə görə, belə tədbirlərin keçirilməsi PASHA Bankın Sosial məsuliyyət proqramının mühüm tərkib hissəsini təşkil edir. "Biznes şəffaflığı və açıq cəmiyyət siyasətinə uyğun olaraq, Bankımız Azərbaycanın iqtisadi mövzularda yazan jurnalistlərinin yüksək səviyyəli biliklərə yiyələnməsində və əcnəbi həmkarlarıyla bilavasitə təcrübə mübadiləsi imkanı əldə etməsində maraqlıdır. Bu baxımdan, PASHA Bankın "British Council"-dan olan həmkarlarımızla birgə gerçəkləşdirdiyi proqram sadaladığım məqsədlərə çatmaq üçün əla vasitədir. Əminəm ki, Azərbaycan biznes-jurnalistikasının inkişafı üzrə ötənilki layihənin yekunları kimi, bu layihənin də nəticələri uğurlu olacaq", - F.Axundov demişdir.

Tədris proqramı xaricdən olan peşəkar təlimatçı-müəllimlərin rəhbərliyi altında bir neçə xüsusi media-kursundan və yerli KİV nümayəndələrinin Böyük Britaniyayatanışlıq səfərindən ibarətdir. Səfər əsnasında Azərbaycan mətbuat və media işçilərinin Böyük Britaniyanın aparıcı qəzet, jurnal və digər KİV jurnalistləri ilə görüşləri və təcrübə mübadiləsi nəzərdə tutulub.

Layihənin başlıca məqsədi iqtisadi mövzuları işıqlandıran aparıcı jurnalist qrupunun yaradılmasıdır; onlar avropalı həmkarlarının çoxillik təcrübəsilə tanış olmaqla, yiyələndikləri bacarıqlardan ölkədə baş verən iqtisadi dəyişikliklər və müxtəlif biznes prosesləri barədə daha peşəkar məlumatların verilməsində və həmin dəyişikliklərin və proseslərin təhlilində istifadə edə biləcəklər.

Kollektiv qərara əsasən, PASHA Bank və British Council-un sözügedən layihəsində iştirak etmək üçün AzərTac, ANS TV, Azadlıq radiosu, Exo, 1 news, AzTV, İTV, Turan, ANN, Trend, Kaspi kimi aparıcı çap və elektron KİV, həmçinin radio və televiziyanı təmsil edən 11 jurnalist seçilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs