Movqe.Az xəbər verir ki, bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Koreya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri ÇoiSukİni qəbul edib. Qonağı salamlayan rektor, ona yeni fəaliyyətində uğurlar arzulayıb. Səfirə universitet haqqında məlumat verən akademik Abel Məhərrəmov, BDU-nun beynəlxalq aləmə inteqrasiyasından bəhs edib. Universitetdə Koreya dili və ədəbiyyatının yüksək səviyyədə tədris edildiyini deyən rektor, bu işdə Koreyadan dəvət olunmuş müəllimlərlə yanaşı yerli müəllimlərin də xidmətini xüsusi qeyd edib.
Bakı Dövlət
Universiteti ilə Koreya universitetləri arasında münasibətlərdən
məmnunluq ifadə edən rektor əmin olduğunu
bildirib ki, səfirÇoiSukİnbu əməkdaşlığın daha da inkişafına öz
töhfələrini verəcəkdir. Rektor həmçinin universitetdə bir çox
mərkəzlərin fəaliyyət göstərdiyini diqqətə çatdırıb və bu sırada
Koreya mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb. Qeyd edib
ki, bu mərkəz Azərbaycan və Koreya arasında əsas körpü rolunu
oynaya bilər.
SəfirÇoiSukİn universitetlə tanışlıqdan, Koreya dili və ədəbiyyatının tədrisindən razılığını ifadə edib.O, görüşün tərcüməçisi, bu dil üzrə təhsil alan şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Nurlana Məmmədovanın hazırlığını buna nümunə göstərib. Sonda qərara alınıb ki, oktyabrın 12-də səfirlik Koreya dili və ədəbiyyatı üzrə təhsil alan tələbələr arasında natiqlik müsabiqəsi keçirsin.