news Image
2012.09.20
16:32
| A A A
VI Beynəlxalq Türk Mədəniyyət, Incəsənət Və Mədəni Irsin Mühafizəsi Simpoziumu başa çatıb - FOTOLAR

Movqe.Az xəbər verir ki, Milan Poltexnik Universiteti, Konya Fikir, Mədəniyyət və Sənət Adamları Birliyi və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə İtaliyanın Milan şəhərində sentyabrın 18-də açılanVI Beynəlxalq Türk Mədəniyyət, İncəsənət və Mədəni İrsin Mühafizəsi Simpoziumu bu gün öz işini başa çatdırıb. Məlumat üçün bildirək ki, ənənəvi halalanbu Simpozium daha əvvəllər Balkan ölkələrində, Misirdə, İspaniyada keçirilmişdir.

VI Beynəlxalq Türk Mədəniyyət, İncəsənət və Mədəni İrsin Mühafizəsi Simpoziumu Milan Politexnik Universitetinin əsas binasında Aula Magnia zalında keçirilən açılış mərasimini giriş sözü ilə Universitetin Beynəlxalq Əlaqələr üzrə prorektoru, Prof.Dr. Alessandro Balducci açmışdır. O, Simpozium iştirakçılarına Milan Politexnik Universiteti, onun dünyanın ayrı-ayrı ölkələri, o cümlədən Türk dünyası və Azərbaycanla əlaqələrindən bəhs etmişdir. O, həmçinin bir il öncə MİRAS İctimai Birliyi ilə Politexnik Universiteti arasında olan iş birliyinə dair imzalanmış çərçivə sənədi və onun reallaşdırılması istiqamətində görülən işlər barədə məlumat vermişdir.

Açılış mərasimində Türkiyə Cümhuriyyətinin Vatkan səfiri Prof.Dr. Kənan Gürsoyun çıxışı böyük marağa səbəb oldu: "Bu layihə, mənim də üzərində məşğul olduğum ortaqbarış dilinə böyük bir töhfə verəcəkdir. İştirakçılara vəəməyi keçənlərə təbriklərimi çatdırıram. Çünkibelə layihələr mədəniyyətlərarası dialoqa və anlayışa hazırlıq baxımından fövqəladə önəmə malikdir".

Türkiyə Cümhuriyyətinin Milandakı baş konsulu Aylin Sekizkok, Azərbaycan Respublikasının İtaliyadakı səfirinin baş katibi İlqar Fərəcov, AMEA-nın müxbir üzvü Vəli Əliyev, Prof.Dr. Yusuf Küçükdağ, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Könül Cəfərova və başqaları çıxış etmişdir. Açılış Mərasiminin sonunda Simpoziumun təşkilində xüsusi xidmətləri olan bir qrup şəxslərə diplomlar və hədiyyələr təqdim olunmuşdur.

Açılış mərasimi Türk mədəniyyəti və incəsənəti nümunələrindən ibarət sərginin təqdimatı ilə davam etdirilmişdir. Sərgidə tarixi və müasir sənət əsərləri nümayiş etdirilmişdir.

Simpozium iki gün ərzində ayrı-ayrı bölmələrdə öz işini davam etdirmişdir. Ümumilikdə 70 məruzə dinlənilmişdir. Azərbaycanı təmsil edən elm və sənət adamlarının - AMEA-nın müxbir üzvləri Vəli Əliyev, Cəfər Qiyasi və Teymur Kərimli, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə, həmin institutun əməkdaşı, professor Rəna Abdullayeva, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Aybəniz Əliyeva-Kəngərli, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, professor Gülbəniz Babaxanlı, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavinləri Nərgiz Əliyeva və Həbibə Əliyeva, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktor müavini Roida Rzayeva, Milli Azərbaycan İncəsənəti Muzeyinin elmi katibi Xədicə Əsədova, AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları Rübabə Əliyeva, Şəms Qocayeva, Gülnarə Əzizova, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun aspirantı Şəhla Xəlilli, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun şöbə müdiri, professor Kamil İbrahimov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Ramiz Əbdulrəhimov, Azərbaycan Müəllimlər İnstitutunun professoru Qafar Cəbiyev, həmin institutun dosenti Fariz Xəlilli, Naxçıvan Dövlət Universitetinin dosenti Nəzakət İsmayılova, MİRAS İctimai Birliyinin üzvləri Rəşad İbrahimov, Arzu Soltan, Qədrəddin Nemətzadə, Albina Rzayeva – 24 məruzəsi dinlənilmişdir.

Simpoziumda səslənən məruzə və çıxışların əsas qayəsi bundan ibarət olmuşdur ki, bəşəriyyətin mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə, onun üfüqlərinin daha da genişləndirilməsinə bəşəriyyətin bu gün olduğundan daha çox ehtiyacı vardır. İnsanların, xalqların, ölkələrin, dövlətlərin birlik, əməkdaşlıq və dostluq şəraitində yaşaması üçün hər zaman hər yerdə dialoq mühiti qaçılmazdır. Bu işdə Türk dünyası mobillik nümunəsi göstərə bilər. Bu cəhətdən Azərbaycan və Türkiyə dövlət adamlarının, ictimai xadimlərinin bu istiqamətdə gördüyü işlər Simpozium iştirakçıları tərəfindən xüsusi razılıqla qeyd olundu. Simpoziumun yekun iclasında çıxış edən Simpoziumun Təşkilat Komitəsinin prezidenti Əhməd Aytaç, MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli, Prof.Dr. Qafar Cəbiyev, Prof.Dr. Yusuf Küçükdağ Simpoziumun işinin səmərəli keçməsi üçün hər cür şərait yaratdığı üçün İtaliya tərəfinə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Təşkilat Komitəsinin baş katibi Prof.Dr. Ezio Arlati, Prof.Dr. Luigi Scrinzi bu cür tədbirlərin Qərblə Şərq, İslam dünyası ilə Xristian dünyası arasında çox etibarlı bir mənəvi körpü ola biləcəyini vuqğulamışlar. Onlar həmçinin Milan Politexnik Universiteti ilə MİRAS İctimai Birliyinin həyata keçirdiyi birgə layihələrin Milan Expo 2015 beynəlxalq sərgisinə hazırlıq tədbirlərinin tərkib hissəsi kimi dəyərləndirmişlər. Onlar möhkəm əmin olduqlarını bildirmişlər ki, Azərbaycan Milan Expo 2015 sərgisində özünün tarixi mədəni dəyərlərini çox effektli şəkildə təqdim etmək imkanlarına malikdir.

Sonda Simpozium iştirakçıları növbəti VII Beynəlxalq Türk Mədəniyyət, İncəsənət və Mədəni İrsin Mühafizəsi Simpoziumunun Bakıda keçirilməsi haqqında razılığa gəldilər.

Sentyabrın 18-də Milan Politexnik Universitetinin rəhbərliyi Simpozium iştirakçıları üçün rəsmi ziyafət təşkil etmişdir. Ziyafətdə Simpozium iştirakçıları ilə yanaşı, İtaliya, Azərbaycan və Türkiyənin diplomatik korpusunun nümayəndələri və digər rəsmi şəxslər də iştirak etmişdir. Ziyafət mərasimində MİRAS musiqi qrupu Azərbaycan muğam dəstgahı ilə çıxış etmişlər.

Simpozium iştirakçılarıİtaliyanın tarixi və görməli yerləri, o cümlədən Milan, Venesiya, Verona və Komo şəhərləri ilə tanış olmuşlar.



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs