news Image
2012.09.27
17:30
| A A A
Bu “baş” heç vaxt unudulmayacaq - FOTOLAR

Movqe.Az xəbər verir ki, 2006-cı il Dünya Kubokunun final matçında fransızların İtalyanlarla sözün tam mənasıyla baş başa gəlməsinə şahid olmuşduq.

Başı ilə gözəl qollar vuran Fransanın əfsanəvi futbolçusu Zinədin Zidan bu dəfə başını, Marko Materazziyə kəllə vurmaq üçün istifadə etmiş, kariyerasının son qoluna imza atmışdı.

Yalnız futbol sevərlərin deyil, futbolla maraqlanmayan bir çox adamın da yaddaşında qalan bu hadisə, artıq sənət tarixindəki yerini də alaraq tarixə həkk olunub.

Memar Adel Abdessmed, Zidanın Materazziyə baş atdığı anı 5 metrlik nəhəng bir heykələ çevirib.

Parisdə olan məşhur Popidou Sənət Muzeyinin qarşısında sərgilənən heykəl, futbol tarixindəki bu maraqlı anı donduraraq daha da unudulmaz hala gətirir.










Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs