Əlaqə Arxiv
news Image
2012.09.30
14:12
| A A A
Məşhur amerikalı aktyor azərbaycanlı jurnalislərlə görüşdü

İki həftədir Bakının qonağı olan məşhur amerikalı aktyor Leyn Devis azərbaycanlı pərəstişkarları və media ilə görüş keçirdi. ANS PRESS-in məlumatına görə, "Santa Barbara" serialındakı Meyson rolu ilə Azərbaycan tamaşaçılarının sevgisini qazanan aktyorla görüş VMF Şirkətinin "OMEGA" saat salonunda baş tutdu.

Levis Devis Azərbaycana ANS Şirkətlər Qrupunun dəvəti ilə gəlib. Gəlişinin əsas məqsədi "Bakı Film" tərəfindən istehsal olunmuş "Ağabəyovlar" bədii serialında çəkilən aktyorlara və ANS Müstəqil Yayım və Media Şirkətinin aparıcıları üçün master-klass keçməkdir.

ANS Şirkətlər Qrupuna daxil olan VMF Şirkəti pərəstişkarların çoxsaylı müraciətlərini nəzərə alaraq, aktyor ilə bu görüşü təşkil etməklə onları sevindirmək qərarına gəldi. Görüşə gələn pərəstişkarlar aktyorla fotolar çəkdirdilər, avtoqraf aldılar.

Bakıda keçirdiyi zaman və bu görüşdən xatirə olaraq, VMF Şirkəti tərəfindən aktyora məşhur İsveçrə brendi OMEGA Seamaster kolleksiyasından saat hədiyyə olundu.

Daha sonra yerli telekanallar və mətbu orqanlar məşhur aktyorla müsahibələr etdilər.

Sizin Reklam Yeriniz