news Image
2012.10.09
11:08
| A A A
Pikassonun sərgisi açılıb
Movqe.Az xəbər verir ki, Nyu-Yorkun Solomon Quqqenhaym muzeyində məşhur ispan rəssamı Pablo Pikassonun əl işlərindən ibarət sərgi açılıb. "Pikasso Ağ və Qara" adlı ekspozisiyada fırça ustasının yalnız ağ və qara rənqlərdəki işləri yer alıb.Sərgidə118 rəsmlə yanaşı rəssamın 1904-1971-ci illər arasında yaratdığı heykəltaraşlıq nümunələri dənümayiş olunur. Muzeyin direktoruRiçardArmstronqun sözlərinə görə bu rəssamınbütün yaradıcılıq karyerası ərzində istifadə etdiyi ag-qara palitranı tədqiq edən ilk sərgidir.Sərgiyə gələnlər Pikassonun ilk monoxrom işləri ilə tanış olmaq imkanı əldə ediblər.Sərgidə kubizm və sürrealizm texnikası iləişlənən tablolar , zərif və sərt neo-klassik üslubunda portretlər,müharibə dəhşətlərini təsvir edən rəsmlər,alleqorik natürmortlar vəinterpretasiya edilmiş dünya incəsənətinin incilərini görmək olar.Sərgidəkiəl işlərinin 30-dan çoxu ABŞ-da ilk dəfədir ki sərgilənir ,6-sı isə umumiyyətlə indiyəqədər heç biryerdə göstərilməyib. Ekspozisiyadakırəsmlərarasında Pikassonun 1904-cü ildə yağlı boya ilə kətan üzərindəçəkdiyi "Paltarütüləyənqız","Öpüş", " At başı"və "Qernika" adlı işləridə var. "Qernika"rəsməsəri Ispaniya hökümətinin sifarişi ilə 1937-ci ildəParisdəkeçiriləcək sərgiüçünçəkilib.ƏsərdərəssamAlmanıyanın1937-ci ildəİspanıyanın Qernikaşəhərini bonbalanması öztərzinəuyğun şəkildətəsvir edib.Bundan əlavə sərgidə rəssamın özsevqilisi Mariya Tereza Valtera həsr etdiyi bir neçə rəsm əsəri də yer alıb.EkspertlərPikassonu dünyanın ən bahalı rəssamlarından biri hesab edirlər.Onun rəsm əsərləri hərraclarda rekord qiymətə satılır.Beləki 2010-cu ilin mayında"Kristis" hərrac evində rəssamın 1932-ci ildə çəkdiyi"Çılpaq, yaşıl yarpaqlar və büst" adlı tablosu 106 milyon dollara satılıb. Həmin vaxt əsər ən bahalı incəsənət əsəri olmaqla dünya rekorduna imza atıb.Quqqenhaym muzeyindəki sərgi isə gələn ilyanvarın 23-ə qədər davam edəcək , daha sonra ekspozisiyaHyuston şəhərinin təsviri incəsənət muzeyinə aparılacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs