Əlaqə Arxiv
news Image
2012.10.09
18:09
| A A A
Van Qoqun Amsterdamdakı muzeyi təmirə bağlanıb
Movqe.Az xəbər verir ki, Niderlandın ən çox ziyarət edilən mədəniyyət ocaqlarından olan Van Qoqun muzeyi 7 aylıq təmir və yenidənqurmaya bağlanıb. Muzeyin direktoru Aksel Ruxerin sözlərinə görə dahi fırça ustasının 75 yaxın rəsm əsəri təmir səbəbindən müvəqqəti olaraq Ermitajın Amsterdamdakı filialına köçürüləcək. Təmir işləri hökümətin yeni tədbiq etdiyi yanğın təhlükəsiz qaydalarının yaxşılaşdırılması məqsədi ilə aparılır. Daşınacaq kolleksiya arasında Vinsent Van Qoqun yağlı boya ilə kətan üzərində çəkdiyi məşhur "Günəbaxanlar" və "Arlda yataq otağı" tabloları da var. İncəsənət əsərlərinin yeni muzeyə təhlükəsiz daşınmasını təmin etmək üçün onları polis müşayət edib. Hər il Van Qoqun əsərlərinə tamaşa etmək üçün Amsterdama 1.5 milyon turist gəlir, buna görə də təmir dövründə rəssamın əl işləri içtimayyət üçün açıq olacaq. Qeyd edək ki ,təmirdən sonra muzeyin açılışı gələn ilin yazına, rəssamın 160 illiyinə qədər başa çatması nəzərdə tutulub.
Sizin Reklam Yeriniz