Əlaqə Arxiv
news Image
2012.10.09
19:25
| A A A
Nobel Fizika mükafatının sahibləri məlum oldu
Movqe.Az bildirir ki, Nobel Fizika Mükafatı fransız Serj Haroç və amerikalı Devid Uinelanda verilib.Karolinska İnstitutunda Nobel Komitəsi üzvləri tərəfindən verilən açıqlamada, ABŞ-dan Devid Uineland ilə Fransadan Serj Haroçun 2012-ci il Fizika Mükafatının sahibi olduqları bildirilib.

Verilən açıqlamaya görə, Devid Uineland ilə Serj Haroçun, "tək kvant sistemlərinin manipulasiyasını və ölçülməsini təmin etmə xarakterli təcrübi üsulları" səbəbindən Nobel Fizika Mükafatını qazandıqları bildirilib. Hər ikisi də 68 yaşında olan elm adamlarının, kvant parçacıqlarını təxrib etmədən parçacıqları müşahidə etmək üçün üsullar kəşf etdikləri və inkişaf etdirdikləri qeyd edilib. Haroç and Uineland, işıq və maddə arasındakı qarşılıqlı təsirlə məşğul olan kvant optikləri sahəsində çalışırlar.

Sizin Reklam Yeriniz