Əlaqə Arxiv
news Image
2012.10.09
19:45
| A A A
179-cu dəfə keçirilən "Oktoberfest" festivalı başa çatıb
Movqe.Az xəbər verir ki, Almaniyanın Münhen şəhərində keçirilən dünyanın ən böyük pivə festivalı başa çatıb. 179-cu dəfə keçirilən "Oktoberfest" festivalında 6 milyondan çox   insan qatılıb.Terezin  çəmənliyində  2 həftə davam edən festivalda 7 milyon litr pivə və 116 baş  iri buynuzlu mal-qaradan  qida ehtiyacları üçün sərf edilib. Pivə bayramı ilə əlaqadar  14 nəhəng çadırlar quraşdırılıb. Çadırların  ümumi tutumu   təxminən 105 min nəfər üçün nəzərdə tutulub. Oktoberfest festivalında istifadə olunan hər bir  pivə krujkasının  çəkisi 1.35 kiloqramdır və suvenir mağazalarında  bu cür krujkalar  turistlərə  8.5 avroya satılıb.Təşkilatçılar bu il festivala ötən illə müqaisədə  yarım milyon az turistin gəldiyini bildiriblər. Hər il olduğu kimi bu ildə  festivalda Bavariya milli qeyimində olan musiqiçilər  nəfəsli alətlərdə ifa ediblər .Ötən ilki statistikaya əsasən festivaldan sonra 520 portmanet (pul kisəsi) tapılıb.İtən əşyalar sırasında 390 mobil telefon ,80  ədəd zinət əşyası və saat da olub.Gələn il festival sentyabrın 21-dən oktyabrın 6 qədər keçiriləcək.  Xatırladaq ki, "Oktoberfest" festivalı  ilk dəfə 12 oktyabr 1810-cu ildə Şahzadə birinci Ludvig və xanımı Tereza fon Zaksen  Hildburghauzenin evliliyi şərəfinə keçirilib. Bu ilki  festivalın bağlanışı münasibəti ilə  bavariya milli geyimlərində olan kişilər  odlu silahlardan  havaya atəş  açmaqla festivalı  bağlı elan  ediblər.
Sizin Reklam Yeriniz