Parisin 5000 il tarixini əeks etdirən 3d formatlı film yaradılıb
Movqe.Az xəbər verir ki, Fransada Paris
şəhərinin 5 min il tarixini əks etdirən 3d formatlı filmin
təqdimatı keçirilib. İndi İnternet istifadəçiləri dünyanın
istənilən nöqtəsindən paris.3ds.com saytına daxil olmaqla Fransa
paytaxtına virtual səyahət edə biləcəklər. Film ilk olaraq Paris
ratuşasında quraşdırılan 9 nəhənq monitorda nümayiş edilib. 3d
formatlı filmdə Parisin müxtəlif əsrlərdəki təsvirləriyaradılıb.
Filmdə (Qədim Parisin adı) Lütesiyada qədim yaşayış məskənlərin
mövcudluğundan 19-cu əsrin sonuna – Eyfel qülləsinin inşasına qədər
olan dövrdəki görüntüləri yer alıb. Parisin zahiri görünüşünü
müxtəlif tarixi dövrlərdə olduğu kimi dəqiq yaratmaq üçün
tarixçilər bütün əldə olan mənbələrdən , o cümlədən mövcüd
xəritələrdən , rəsmlərdən və arxeoloji tapıntılardan istifadə
ediliblər. Tarixi mənbələr olmadıqda o dövrdən qalan tikililərdən
istifadə olunub. Modelləşdirmənin hər bir mərhələsi tarixçilər
tərəfindən diqqətlə yoxlanılıb. Layihə elmi məqsədlərlə yanaşı
şəhərin əvvəlki simaları ilə insanları yaxından tanış etmək məqsədi
daşıyır. Müasir 3d texnologiyalarının köməkliyi ilə ərsəyə gələn
filmdə internet istifadəçiləri Parisin Luvr muzeyi və diqər tarixi
, gezməli və görməli yerlərini də virtual olaraq gəzə biləcəklər.