Əlaqə Arxiv
news Image
2015.10.01
14:05
| A A A
Hüseyn Cavidin "İblis" əsəri Türkiyədə səhnəyə qoyulacaq

Dramaturq Hüseyn Cavidin "İblis" əsəri Türkiyədə səhnəyə qoyulacaq.

Bu barədə "Report"a Azərbaycanın əməkdar incəsənət xadimi, uzun illərdir Türkiyədə yaşayan rejissor-aktrisa Məlahət Abbasova məlumat verib.

Əsərin quruluşçu rejissoru olan M.Abbasovanın sözlərinə görə, tamaşanın hazırlıq prosesinə 2016-cı ildə başlanılacaq: "Xalq yazıçısı Elçinin "Şekspir" əsərini uğurla təhvil verdik. Elçinin "Teleskop" əsərini də hazırladım. 2016-cı ildə Hüseyn Cavidin "İblis" faciəsinə quruluş verəcəm. İnanıram ki, bu tamaşa da, türk tamaşaçılarının rəğbətini qazanacaq. Həmçinin M.F.Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasının da Türkiyə Teatrının səhnəsində nümayiş edilməsini çox istəyirəm. Allah qoysa, rejissor kimi bu əsərlərə quruluş vermək istəyirəm".

M.Abbasova Türkiyədə aktrisa kimi rol aldığı filmlərdən də danışıb. O, qeyd edib ki, "TRT 1" kanalı böyük layihəyə başlayır. "Səbdülbahi 32 saat" adlanan və tarixdən bəhs edən serialda M.Abbasova da rol alacaq: "Bu serialda qızımla birlikdə çəkiləcəm. Bundan əlavə, "Kanal D" televiziyası ilə yeni filmin çəkilişi haqda anlaşma əldə etmişik. "Düş tarlası" adlı filmdə əsas obrazlardan birini canlandıracam".

Xatırladaq ki, M.Abbasova bir neçə gün əvvəl Bakıda olub və "Brat Li" adlı kommersiya filmində ana obrazını canlandırıb.


Sizin Reklam Yeriniz