Əlaqə Arxiv
news Image
2015.10.03
17:50
| A A A
İranda Türkiyənin Mədəniyyət və Sənət Həftəsi başlayıb

İran İslam Respublikasında Türkiyənin Mədəniyyət və Sənət Həftəsi başlayıb.

Tehranda fəaliyyət göstərən İran Mədəniyyət Evində bu münasibətlə mərasim keçirilib. Mərasimdə Türkiyədən gəlmiş elm və sənət adamları ilə yanaşı, İranın da mədəniyyət xadimləri iştirak ediblər.

Oktyabrın 3-dən başlayaraq həftə boyunca Mədəniyyət Evində Türkiyənin milli musiqi qruplarının çıxışları olacaq, türk filmləri nümayiş etdiriləcək, rəssam və fotoqrafların sərgiləri təşkil olunacaq.

Mərasimdə qeyd edilib ki, 2012-ci ildə Tehranda yaradılan Yunis Əmrə İnstitutu iki ölkənin mədəni əlaqələrinin inkişafında mühüm rol oynayıb.

Sizin Reklam Yeriniz