Əlaqə Arxiv
news Image
2015.10.07
12:50
| A A A
Opera və Balet Teatrında maestro Niyazinin "Rast" baleti nümayiş etdiriləcək

Oktyabrın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyazinin "Rast" simfonik muğamı əsasında səhnələşdirilmiş eyniadlı baleti nümayiş etdiriləcək.


Teatrdan bildirilib ki, ikipərdəli balet-tamaşanın süjeti Azərbaycanın tarixinə aid faktlar əsasında qurulub. Baletə Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva quruluş verib. Libretto müəllifi Əjdər Hacıyev, quruluşçu rəssamı Xalq Rəssamı Rafis İsmayılovdur.


Xalq Artisti, professor Yalçın Adıgözəlovun idarə edəcəyi baletdə Tomris rolunu Tamilla Məmmədzadə, Atr rolunu Timur Oduşev, Banu obrazını isə Səlminaz Mirzəyeva canlandıracaq.


Qeyd edək ki, Niyazi "Rast" simfonik muğamını 1949-cu ildə bəstələyib.


Sizin Reklam Yeriniz