Əlaqə Arxiv
news Image
2015.10.10
11:25
| A A A
Nuriyyə Əhmədova vəfat edib
Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü Nuriyyə Əhmədova vəfat edib.

Movqe.az məlumat verir ki, 1 saylı Klinik Şəhər Xəstəxanasından APA-ya verilən məlumata görə, N. Əhmədova oktyabrın 9-da xəstəxanaya gətirilib. Xalq artisti oktyabrın 10-da saat 04.35-də ürək çatışmazlığından vəfat edib.

Nuriyyə Əhmədova 1950-ci ildə Bakıda anadan olub. M. A. Əliyev adına ADİİ-nin aktyorluq fakültəsində təhsil alıb. Aktrisa kimi fəaliyyətə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub. 2007-ci ildə Azərbaycanın xalq artisti adına layiq görülüb.


Sizin Reklam Yeriniz