Əlaqə Arxiv
news Image
2012.10.15
19:57
| A A A
Baba Vəziroğlu “Məhkumlar”dan danışdı - ANONS

Respublika Prezidentinin sərəncamı ilə Azərbaycan televiziyalarında milli teleserialların çəkilişi üçün ayrılan vəsaitlə "Oscar film production" tərəfindən çəkilən yeni – "Məhkumlar" teleserialı barədə mahkumlar.az saytına nasir, şair , tərcüməçi, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu fikirlərini açıqladı : " Məhkumlar" serialı taleyin, qismətin məhkum etdiyi insanlar haqqındadır.Mənim bildiyimə görə ailə, məişət mövzusuna belə ciddi prizmadan nəzər salan ilk Azərbaycan serialıdır-yəni mövzu çox aktual, ziddiyyətli və kinematoqraf baxımından maraqlıdır...

Aktyor truppası tamam yenidi, demək olar ki, tanış simalar çox azdır. Bu da populyar aktyorların ekran sterotiplərindən yayınmaq imkanı verir, aktyor oyununa əlavə təbiilik bəxş edir... Yaradıcı qrupun professionallığına söz ola bilməz-hadisələrin dinamik axarı,səsləniş, natura və pavilyonların seçimi çox uğurludur.Ən ümdə cəhəti isə, tərbiyəvi baxımdan çox əhəmiyyətli olmasıdır. Milli serialların çəkilməsini alqışlayıram.Amma onu da qeyd edim ki, millilik pərdəsi altında keyfiyyətsiz,bayağı, lağlağı üslubunda ekran surroqatlarının əleyhinəyəm.

"Oscar "productionı isə növbəti , uğurlu projesinə görə təbrik edirəm ".


Sizin Reklam Yeriniz