Əlaqə Arxiv
news Image
2015.10.13
14:40
| A A A
Xalq şairi Fikrət Qocanın 80 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib

Azərbaycan Dövlət Filarmoniyasında xalq şairi Fikrət Qocanın 80 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib.

Movqe.az-ın məlumatına görə, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, elm və mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə şairin kitabları sərgilənib, həyatının müxtəlif anlarını əbədiləşdirən fotoşəkilləri nümayiş olunub.

Tədbirdə Türkiyədə törədilmiş partlayış nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək şairin həyat və yaradıcılığından söz açıb.

Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar və başqaları çıxış edərək ötən əsrin 60-cılar nəslinin poetik axtarışları və novatorluğu ilə daim seçilən nümayəndəsi Fikrət Qocanı fədakar ziyalı, fəlsəfi-intellektual təfəkkürə malik, milli, çağdaş ruhlu şair kimi xarakterizə ediblər.

Tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edən yubilyar yaradıcılığına verilən böyük qiymətə görə ölkə başçısına minnətdarlığını bildirib.

Sonda incəsənət ustalarının ifasında Fikrət Qocanın sözlərinə yazılmış mahnılarından ibarət konsert proqramı təqdim olunub.


Sizin Reklam Yeriniz