Əlaqə Arxiv
news Image
2015.10.18
20:00
| A A A
Azərbaycan filmi beynəlxalq festivala dəvət alıb

Rejissor Asif Rüstəmovun "Axınla aşağı" bədii filmi noyabrın 20-dən 28-dək Polşada keçiriləcək "Golden anteaters" beynəlxalq festivalına dəvət alıb.


Movqe.az-ın məlumatına görə, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından AZƏRTAC -a bildirilib ki, "Axınla aşağı" festivalın əsas müsabiqə proqramında nümayiş olunacaq. Müsabiqə proqramında, həmçinin beş ölkədən 8 tammetrajlı bədii film yer alıb.


"Axınla aşağı" filmi 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunub.


Filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırıblar.


Xatırladaq ki, bu günlərdə "Axınla aşağı" Avstriyada keçirilən "LET’S CEE" beynəlxalq film festivalının "Ümidverici debüt" müsabiqə proqramında xüsusi mükafata layiq görülüb.

Sizin Reklam Yeriniz