Əlaqə Arxiv
news Image
2015.10.25
21:00
| A A A
Moskvada Müslüm Maqomayevin xatirəsi anılacaq

Azərbaycanın dünya şöhrətli musiqiçisi, SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsi anılacaq.

Movqe.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, anım mərasimi dünya şöhrətli müğənninin vəfatının ildönümü günü heykəli qarşısında keçiriləcək.

Anım mərasimində musiqiçinin yoldaşı Tamara Sinyavskaya, Müslüm Maqomayevin Mədəni-Musiqi Fondunun təsisçiləri Araz və Emin Ağalarovlar, xalq artistinin pərəstişkarları iştirak edəcəklər.

Qeyd edək ki, Rusiyanın "Pervıy kanal" televiziya kanalında musiqiçinin memuarları əsasında çəkilmiş "Müslüm Maqomayev. Birinci şəxsdən" sənədli filminin premyerası keçiriləcək. Filmin ərsəyə gəlməsində tanınmış müğənni Emin Ağalarov və rejissor Mehdi Məmmədov bir neçə il çalışıb.

Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.


Sizin Reklam Yeriniz