Əlaqə Arxiv
news Image
2015.10.30
16:35
| A A A
Azərbaycan Xalça Muzeyi uşaqlar arasında müsabiqə elan edir

Noyabrın 16-da Azərbaycan Xalça Muzeyində "Azərbaycan Xalçası Günü" adlı peşə bayramı qeyd olunacaq. Dekorativ, rəngarəng və çox böyük mədəniyyət tutarına malik olan xalçaçılıq sənətimizi yaşatmaq və gələcək nəsillərə daşımaq üçün Azərbaycan Xalça Muzeyi yorulmadan çalışır və bu sənət incisinin uşaqlarda da maraq yaratması üçün muzeydə bir çox tədbirlər həyata keçirir.


Xalça Muzeyindən bildirilib ki, bu məqsədlə muzeyin uşaq şöbəsi milli sənətimizə marağı olan uşaqlar arasında müsabiqə elan edir. Müsabiqədə hər bir iştirakçı dekorativ tətbiqi sənət nümunələri (A3 formatında sulu boya, yağlı boya, akril, quaş, aplikasiya) təqdim edə bilər. Daha ətraflı məlumatı (012) 497 20 16 əlaqə nömrəsindən də əldə etmək mümkündür.


Sizin Reklam Yeriniz