news Image
2012.11.16
17:14
| A A A
BƏƏ-də “Milli Dirçəliṣ Günü” qeyd edildi
Movqe.Az xəbər verir ki, BƏƏ fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyəti " Milli Dirçəliṣ Günü" və Konstitusiya Günü münasibətilə Dubayda tədbir keçirib.Tədbirdə iṣtirak edən "Əl-Bəyan" qəzetinin müxbiri nəşrin 16 noyabr sayında " Azərbaycan Milli Dirçəliṣ və Konstitusiya bayramlarını qeyd edir " sərlövhəli məqalə dərc edib.
Məqalədə deyilir: "BƏƏ Azərbaycan diasporu Azərbaycanın rəsmi bayramını- Milli Dirçəliṣ Gününün 22-ci ildönümünü və Konstitusiya gününü qeyd edib. Bayram tədbirində çıxıṣ edən Azərbaycan diasporunun rəhbəri Samir Imanov bildirib ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası referendum yolu ilə 1995-ci ilin noyabr ayının 12-də qəbul edilib. S.İmanov qeyd edib ki, 1990-cı ilin noyabr ayının 17-də Naxçıvanda Azərbaycan xalıqnın ümummilli lideri Heydər Əliyevin sədrliyi ilə keçirilən ilk sessiyada qərara alınıb ki, Naxçıvan Sovet Sosialist Respublikası adından Sovet və Sosialist sözləri götürülsün və Azərbaycanın 3 rəngli bayrağı ölkənin hər tərəfində qaldırılsın. Bu gün, Azərbaycanən müstəqilliyinin rəsmən bəyan edilməsindən öncə belə Azərbaycanın ilk Milli Dircəliṣ günü hesab edilir. İmanov qeyd edib ki Azərbaycan Respublikasınının müstəqilliyinin bərpa edilməsində ümummilli lider Heydər Əlieyvin misilsiz və xüsusi rolu olub".