Əlaqə Arxiv
news Image
2012.11.21
18:35
| A A A
Qafqaz Universitetində" Nizami Gəncəvi və Şərq ədəbiyyatına" həsr olunmuş Beynəlxalq konfrans keçirilib
Movqe.Az xəbər verir ki, noyabrın 21-də Qafqaz Universitetinin Akt zalında dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş "Nizami Gəncəvi və Şərq ədəbiyyatları" adlı beynəlxalq elmi konfrans keçirildi. AMEA akad. Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və Qafqaz Universitetinin birgə təşkil etdikləri konfransda Azərbaycan, Türkiyə və İran alimləri iştirak etdilər.
Konfransı giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç və millət vəkili, AMEA akad. Z.Bünyadov adma Şərqşünaslıq İnstitutunun direktoru, fılologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva giriş sözü ilə çıxış etdilər. Nizami Gəncəvinin 870 illik yubileyinin Azərbaycanın mədəni həyatında böyük hadisə olduğunu qeyd edən natiqlər xalqımızın mədəniyyətini, ədəbiyyatını, elmini həmişə diqqət və qayğı ilə əhatə edən möhtərəm Prezidentimiz İlham Əliyev cənabları ötən ilin dekabrında imzaladığı Sərəncamla bu yubileyin bu il respublikamızda böyük təntənə ilə qeyd edildiyini bildirdilər. "Nizami Gəncəvi və Şərq ədəbiyyatları" adlı beynəlxalq elmi konfransın Nizamişünaslığa böyük bir töhfə olduğunu söyləyən Gövhər Baxşəliyeva şairin yaradıcıhğının əsas ideya məğzindən söz açdı: "XII-ci əsr intibah dövrü Gəncəsində yaşayıb-yaradan dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcıhğı bütün parametrlərinə görə bəşər tarixində qlobal hadisədir. Qafqaz Universitetinin rektoru, professor doktor Ahmet Saniç ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş Nizami Gəncəvinin əsərləri, şeir və düşüncə dünyası haqqında Türkiyədə də bir çox dəyərli elmi tədqiqatlar aparıldığını qeyd etdi. Professor Ahmet Saniç rəhbərlik etdiyi Qafqaz Universitetində də Nizami yaradıcılığına, dahi şairin şeir və fəlsəfə dünyasına önəm verildiyini diqqətə çatdırdı, AMEA Şərqşünaslıq İnstitutu ilə birgə "Nizami Gəncəvi və Şərq ədəbiyyatları" adlı beynəlxalq elmi konfransın təşkilinin də buna əyani sübut olduğunu bildirdi.
Daha sonra söz məruzəçilərə verildi. İlk olaraq AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Nüşabə Araslı "Nizami və sələfləri" mövzusunda məruzə ilə çıxış etdi.
Sonra Qafqaz Universitetinin müəllimi Setter Durmaz türk ədəbiyyatmda "Xəmsə" yaradıcılığında Nizami Gəncəvinin rolundan danışdı. İran Elm və Mədəniyyət Universitetinin müəllimi Fərzad Qasımzadə "Dünya ədəbiyyatının iftixarı -Nizami Gəncəvi" mövzusunda məruzə etdi.
Tədbirin sonunda AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, fılologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva və Qafqaz Universitetinin rektoru, professor doktor Ahmet Saniç yekun nitqi söyləyərək, konfrans iştirakçılarına öz təşəkkürlərini bildirdilər. Qafqaz Universiteti ilə AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitu arasında birgə memorandum da imzalandı.
Sizin Reklam Yeriniz