Əlaqə Arxiv
news Image
2012.11.22
15:06
| A A A
Şah İsmayılı Türkiyədə kimlər yanlış tanıdır?
Cəbi Bəhramov: «Orada bəzi dairələr, qurumlar var ki, tarixi nöqteyi-nəzərdən bu məsələnin obyektiv araşdırılması, Şah İsmayılın düzgün təqdim edilməsində maraqlı deyillər»

Azərbaycan Səfəvilər dövlətinin qurucusu, vahid Azərbaycan yaratmağı qarşısına məqsəd qoyaraq bunu reallaşdıran dahi sərkərdə Şah İsmayıl Xətai...

Şah İsmayıl azərbaycanlıların yaddaşında ən görkəmli şəxsiyyətlərdən biri kimi qalıb desək, yanılmarıq. Lakin bu böyük sərkərdənin şəxsiyyəti barədə söylənilən ziddiyətli fikirlər bizləri çox narahat edir. Belə ki, Türkiyə mətbuatında Şah İsmayıl Azərbaycan deyil, İran şahı kimi tanıdılır. Bu heç də qəbul ediləcək bir hal deyil.

Bəs buna səbəb nədir? Şah İsmayıl barədə Türkiyə mətbuatında niyə yanlış təsəvvür mövcuddur?

Tarix Institutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov məsələ ilə bağlı Mövqe.Az saytına aşağıdakıları bildirib: "Bu indinin məsələsi deyil. İndi hal-hazırda Azərbaycan alimləri çalışır ki, bu məsələnin düzgün qoyuluşuna nail olsunlar. Bunun üçün də Azərbaycan Səfəvilər dövləti, Səvəvilər sülalsi- bu adlar artıq elmi dövriyyəyə çıxarılıb. Bunun tanıdılması istiqamətində addımlar atılır. O ki, qaldı Türkiyə ilə bağlı məsələyə, orada bəzi dairələr, qurumlar var ki, tarixi nöqteyi-nəzərdən bu məsələnin obyektiv araşdırılması, Şah İsmayılın düzgün təqdim edilməsində maraqlı deyillər. Buna baxmayaraq, bizim elmi dairələr ilə əməkdaşlığımz var. Bu barədə biz fikir mübadiləsi aparırıq. Bir çox məsələlərdə ümumi razılığa gəlmək imkanlarımız da var. Ona görə də mənə elə gəlir ki, bu gündən sonra bu istiqamətdə irəliləyiş əldə edə biləcəyik.

Türkiyədə "Bir millət, iki dövlət" prisipini pozmaq istəyən dairələr əzəldən olub, indi də var. Bu son bir neçə il ərzində Türkiyənin universitetlərində işləyən dırnaqarası bəzi alimlər hətta bu pinsipin əleyhinə çıxaraq, azərbaycanlılar ilə türklər arasında olan eyniliklərə qarşı açıq-aşkar mübarizəyə qalxıblar. Hətta bəzən televiziya çıxışlarında belə bir fikirlər söyləyirlər ki, siz bu prinsipi farslar və ruslar ilə həyata keçirin. Bunların da çoxusu vaxtilə Türkiyənin dövlət dairələrinə, elmi dairələrə soxulan, etnik mənsubiyyəti türk olmayan şəxslərdir ki, onların da nəvə-nəticələri bu fəaliyyəti davam elətdirirlər. Orda sağlam qüvvələr də çoxdur. Mənə elə gəlir ki, bunların bütün o cəhdləri Türkiyə və Azərbaycan arasında olan vahid birliyi pozmaq üçündür. Amma onların buna nail olmaq imkanları çox məhduddur. Doğrudur müəyyən məqamlarda milçək kimi ürək bulandırmağa nail olurlar, amma bu heç bir effekt vermir, verməyəcək də. Bütövlükdə götürdükdə bu məsələlərə biz Tarix Institutunda elmi, obyektiv nöqteyi-nəzərdən yanaşırıq. Tədbirlər görürük. Buna bir çox məqamlarda nail oluruq."

Sizin Reklam Yeriniz