Əlaqə Arxiv
news Image
2012.11.23
18:15
| A A A
UNESCO-dan olan qonaqlar BSU-da olub - FOTOLAR

Movqe.Az xəbər verir ki, noyabrın 23-də Bakı Slavyan Universitetində "Azərbaycan YUNESKO. Mədəni əlaqələr. 20 il" konfransının bir qrup iştirakçıları Bakı Slavyan Universitetinin qonağı olub. 

YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Günay Əfəndiyevanın təəşəbüsü ilə baş tutan görüşdə YUNESKO-nun Mərkəzi Asiya Beynəlxalq Tədqiqatlar İnstitunun direktoru Şahin Mustafayev, YUNESKO üzrə Gürcüstan Milli Komissiyasının baş katibi Ketevan Kandelaki, YUNESKO- üzrə Özbəkistan Milli Komissiyasının baş katibi Alişer İkramov, YUNESKO üzrə Belarus Milli Komissiyasının baş katibi İnna Vasilevskaya, YUNESKO üzrə Moldova Milli Komissiyasının baş katibinin müavini Luminita Drumea, YUNESKO üzrə Moldova Millli Komissiyasının gənclər siyasəti üzrə eksperti, məşhur şairə və dramaturq Marqareta Spanu və Ukraynanın Azərbaycandakı səfirliyinin Humanitar və informasiya məsələləri üzrə Üçüncü katibi Y. İ. Lupey  də  iştirak edib. 

Tələbə və müəllim heyəti ilə görüşdə BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, prof. K.M. Abdullayev qonaqları salamlayaraq, onlara universitet haqqında ətraflı danışıb.

Günay Əfəndiyeva öz çıxışında YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının 20 ildə göstərdiyi fəaliyyətindən geniş məlumat verib. O, xüsusilə Azərbaycan bu illərdə 10  nüfuzlu beynəlxalq konvensiyaya qoşulasını, müxtəlif proqramlarda aktiv iştirak etməsini, tanınmış ədəbiyyat və incəsənət xadimlərinin yübileylərinin təşkil etəsini, xüsusilə də qədim qəhramanlıq eposu olan "Kitabi-Dədə-Qorqud" dastanın 1300 illiyinə həsr olunmuş tədbirlər keçirməsini vurğulayıb.
Azərbaycanın birinci xanımı, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu işlərdə xüsusi fəaliyyətini yüksək qiymətləndirən qonaq xalqımızın tarixi abidələrinin bərpası və qorunmasına, müxtəlif təmayüllü məktəblərinin tikilməsinə və fəaliyyətinə göstərdiyi qayğıya görə ona dərin minnətarlığını bildirib.

Maraqlı keçən görüşdə qonaqlar universitetin tələbə və müəllimlərini marqlandıran suallara geniş və ətraflı cavab veriblər.

Sizin Reklam Yeriniz