news Image
2012.04.19
22:32
| A A A
Ərəb – ingilis dillərində “Azerbaijan” jurnalı nəşr olunub

Mövqe.az xəbər verir ki, Azərbaycanın turizm imkanlarının İran Körfəzi ölkələrində təbliğ edilməsi məqsədilə ərəb-ingilis dillərində "Azerbaijan" adlı jurnal nəşr olunub. Jurnalın təqdimatı isə 11-13 aprel aralığında Bakıda keçirilən "AİTF 2012" beynəlxalq turizm sərgisi zamanı həyata keçirilib. Jurnal Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlıq etdiyi "Atlantis Holidays" şirkəti tərəfindən dərc olunub. Təqdimat zamanı nazir Əbülfəs Qarayev çıxışında hökumətin göstərdiyi səy nəticəsində İran Körfəzi ölkələrindən Azərbaycana gələn turistlərin sayının artmaqda olduğunu bildirib.

Nuranə Novruzova

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs