Əlaqə Arxiv
news Image
2016.05.05
12:05
| A A A
Mədəniyyət evinin direktoru işdən çıxarıldı

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əmrinə əsasən Binəqədi Mərkəzi Mədəniyyət evinin direktoru Abbasova Zivər Aydın qızı tutduğu vəzifədən azad edilib. Bu barədə Movqe.az-a idarənin mətbuat xidmətindən məlumat verilib. İdarənin digər əmrini rəhbər tutaraq vəzifə və öhdəliklərini tam icra etmədiyi üçün 2 nömrəli Maliyyə və İqtisadi Regional Bölməsinin müdiri - baş mühasibi Adımov Mehman Nəriman oğluna töhmət verilib. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əmrinə əsasən şəbəkəsinə daxil olan musiqi məktəblərində kadr dəyişiklikləri həyata keçirilib.  Belə ki, R.Babayev adına 25 nömrəli 11 illik musiqi məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə Bətulə Rəşid qızı Məmmədova, 30 nömrəli uşaq musiqi məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə isə Fəxriyyə Hüseyn qızı Quliyeva təyin olunublar.


Sizin Reklam Yeriniz