Əlaqə Arxiv
news Image
2016.05.05
15:28
| A A A
Söhrab Tahir dəfn edilib

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Söhrab Tahirlə vida mərasimi keçirilib. Movqe.az xəbər verir ki, mərasimdə Baş nazirinin müavini Elçin Əfəndiyev, Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və mərhumun ailə üzvləri iştirak edib.

Daha sonra Azərbaycanın xalq şairi Söhrab Tahir II Fəxri xiyabanda dəfn edilib. Qeyd edək ki, Söhrab Tahir 1926-cı ilin martında (rəsmi sənədlərdə avqustun 6-sı yazılıb) Cənubi Azərbaycanda anadan olub.

S.Tahir 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxuyub. 1959-1961–ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub. 1962-1966-cı illərdə ADF-nin Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi–tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olub. Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olub. İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə, Təbrizdə "21 Azər" medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunub. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb.


Sizin Reklam Yeriniz