news Image
2016.05.09
15:00
| A A A
Vaşinqtonda Azərbaycan səfirliyi üç minə yaxın amerikalıya ölkəmiz haqqında məlumat verib (FOTO)

Mayın 7-də ABŞ-ın paytaxtı Vaşinqtonda artıq ənənə halı almış "Dünya boyu Səfirliklərə Səyahət" adlı ictimai-mədəni tədbir keçirilib. Azərbaycanın Vaşinqtondakı səfirliyindən Movqe.az-averilən məlumata görə, Vaşinqtonun meriyası tərəfindən həyata keçirilən bu təşəbbüsdə Azərbaycanın ABŞ-dakı səfirliyi ardıcıl olaraq 4 ildir ki, fəal surətdə iştirak edir və həmin gün qapılarını üç minə yaxın Azərbaycan mədəniyyətinin amerikali həvəskarlarından ibarət olan sakinlərinin üzünə açıb.


Azərbaycan səfirliyinin inzibati binasına təşrif buyurmuş çoxsaylı qonaqlara ölkəmizin milli mədəni irsi, füsunkar təbiəti və müxtəlif sahələrdə əldə etdiyi əlamətdar uğurları əks etdirən əyani vəsaitlər, xüsusilə Azərbaycan xalçaları, milli geyimlər, rəsm əsərləri, xəritə, kitab və müxtəlif nəşrlər nümayiş olunub. Eyni zamanda, Səfirliyin əməkdaşları gün ərzində ziyarətçilərə ölkəmizin coğrafi mövqeyi, zəngin tarixi, qədim adət-ənənəsi və qonaqpərvər insanları haqqında məlumat vermiş və onların suallarını cavablandırıb.


Bundan əlavə, Vaşinqtonda fəaliyyət göstərən İpək Yolu Rəqs Kompaniyasının (Silk Road Dance Company) ifasında milli rəqslərimizin "Nəlbəki", "Üzüm" və s. kimi nümunələri böyük maraq və alqışlarla qarşılanıb. Həmçinin Səfirliyin ərazisində uşaqlar üçün rəsm guşəsi təşkil edilmiş və fotoşəkil çəkmək üçün "Qız qalası"nı əks etdirən maket qurulmuşdur. Həmçinin, Azərbaycan mətbəxini ən yaxşı şəkildə təcəssüm etdirən plov süfrəsi qonaqlarda xüsusi heyranlıq hissi oyadıb.


Beləliklə Azərbaycan "Dünya boyu Səfirliklərə Səyahət"də uğurla təmsil olunmuş və yerli ictimaiyyətin ölkəmiz haqqında məlumatlandırılması istiqamətində növbəti əhəmiyyətli bir addım atılıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs