Əlaqə Arxiv
news Image
2016.05.12
16:20
| A A A
Dövlət Dram Teatrı Xaçmazda "Xəcalət" tamaşası ilə çıxış edəcək

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Xaçmaza qastrol səfərinə yollanacaq.


Teatrın mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, kollektiv mayın 16-da Xaçmaz tamaşaçıları qarşısında "Xəcalət" tamaşası ilə çıxış edəcək.


Yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında səhnələşdirilən "Xəcalət" tamaşasının quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Səyavuş Kərimidir.


İki hissəli müasir dram olan səhnə əsərində rolları xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artist Mətanət Atakişiyeva, xalq artisti Ramiz Novruz, əməkdar artistlər Əlvida Cəfərov və Məzahir Cəlilov, aktrisa Xədicə Novruzlu ifa edir.


Səhnə əsərində müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib.


Tamaşa Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir.

Sizin Reklam Yeriniz