news Image
2016.05.13
15:50
| A A A
Xalq artisti Azərbaycanda yeni çəkilən bədii filmə musiqi yazıb

Əməkdar incəsənət xadimi, xalq artisti Faiq Sücəddinov Azərbaycanda yeni çəkilən "Ölülər 21-ci əsr" bədii filminə musiqi yazıb.

Movqe.az-ın melumatına görə, o "Report"a açıqlamasında deyib ki, dramaturq Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyası hər əsrdə aktualdır.

F.Sücəddinov bildirib ki, "Planet Parni iz Baku" KVN Teatrının bədii rəhbəri və rejissoru Tahir İmanov "Ölülər 21-ci əsr" adlı yeni film çəkib: "Filmin musiqilərini yazmaq üçün məni dəvət etdilər. Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir yaradıcılığı mənə doğmadır. Müasir mövzuda çəkilən "Ölülər 21-ci əsr" filminə xeyli musiqi yazıldı. Filmi operetta da adlandırmaq olar".

Onun sözlərinə görə, filmdə tanınmış vokal ifaçısı, xalq artisti Samir Cəfərov, müğənni Nigar Camalzadə və bir neçə istedadlı müğənni oxuyur: "Yeni "Ölülər 21-ci əsr"də vətən haqqında gözəl mahnılar yer alıb. Mahnıların sözlərini şair Baba Vəziroğlu yazıb. Filmi tam variantda görməmişəm, amma inanıram ki, film maraqlı alınıb".

Xatırladaq ki, "Ölülər 21-ci əsr" bədii filminin təqdimatı yaxın günlərdə keçiriləcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs