Əlaqə Arxiv
news Image
2016.05.17
17:45
| A A A
Könül Ordubadi “7 iqlim, 7 bölgə” şeir şölənində

Türkiyədə yaşayan azərbaycanlı şairə Könül Ordubadi Artvində keçirilən "7 iqlim, 7 bölgə" şeir şöləninə qatılıb. Tədbir Artvin valiliyi, bələdiyyəsi, Turizm Nazirliyi və Artvin 08 Kültür, Turizm və Kalkınma Dərnəyinin təşkilatçılığı ilə keçirilib.

Ahmet Hamdi Tanpınar Kültür Mərkəzində keçirilən gecəyə bölgənin mədəniyyət, elm və iş dünyasının nüfuzlu isimləri qatılıb.

İstiqlal Marşı ilə açılan törəndə ilk sözü Artvin 08 Kültür, Turizm və Kalkınma Dərnəyinin baçısı Gülden Taş söyləyib: "Bu dərnəyi 1 il öncə 32 arxadaşımızla qurduq. Bu çox qısa sürədir, ancaq bu gün biz belə bir gözəl şeir gecəsi keçirməyimizin mutluluğunu yaşayırıq. Azərbaycandan qatılan qonaqlarımızla gecəmiz uluslararası miqyas qazanmış oldu. Bizə bu işdə təşkilat dəstəyi verən hər kəsə təşəkkürlərimizi bildirirəm".

Daha sonra söz Artvin valisi Kemal Ciritə verilib:"Belə gecələrdə məmurlara az söz düşər. Başarılar diləyirəm, Azərbaycandan gələn qonaqlarımıza ev sahibliyi etməkdən son dərəcə məmnun olduğumuzu bildirmək istəyirəm. Biz də dəyərli söz adamlarımızı görmək, onların şeirlərini dinləmək üçün buradayıq. İştirakçılara uğurlar arzulayıram".

Çıxışdan sonra şölənə qatılan 18 şair – Artvinli Gülden Taş, Çiçek Köse, Yalçın Temiz, Elazığdan Ahmet Tevfik Ozan, Giresundan Ali Erdinç Çiçek, Vandan Gökmen Sakin, Sivastan Hasan Akar, Kırşehirden İbrahim Düğer, Iğdırdan Kemalettin Kalkan, Çanakkaleden Mustafa Berçin, Tokattan Nihat Aymak, Denizliden Safiye Samyeli, Tokattan Remzi Zengin, Konyadan Sait Edip Akdağ, Balıkesirden Sevil Sungur, Gümüşhaneden Talat Ülker şeirlərini səsləndiriblər. Şöləndə Azərbaycanı təmsil edən Könül Ordubadinin şeirləri böyük coşğuyla qarşılanıb.

Sizin Reklam Yeriniz