news Image
2016.05.25
11:00
| A A A
Süleyman Rüstəmin 110 illik yubileyi (FOTO)

Azərbaycan Texniki Universitetində Əməkdar İncəsənət xadimi, xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəmin 110 illik yubileyi keçirilib.


Universitetdən Movqe.az-a verilən məlumata görə, yubileydə şairin ailə üzvləri, tanınmış ictimai şəxslər, elm adamları və incəsənət nümayəndələri iştirak ediblər.


Tədbirdə Süleyman Rüstəm yaradıcılığının ədəbiyatımıza, poeziyamıza verdiyi töhfələrdən danışılıb. Çıxış edənlər şairin sovet dövründə ədəbi mühitin formalaşdırılmasında, dirçəlməsində göstərdiyi xidmətlərdən söz açıblar. Bildirilib ki, şairin Cənub həsrətindən yoğurulan şeirləri, poemaları, qəzəlləri ədəbiyyatımızda xüsusi rol oynayır.


Yubiley tədbiri Süleyman Rüstəmin sözlərinə bəstələnmiş mahnıların ifası ilə davam etdirilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs