Əlaqə Arxiv
news Image
2016.05.25
15:52
| A A A
Almaniyada Azərbaycan diasporu təşkilatı yaranır

Almaniyada Azərbaycanla bağlı yeni təşkilat yaranır. Qurumun adı "Phoenix" (Föniks) Azərbaycan Mədəniyyət Dərnəyi olacaq. Dərnəyin məqsəd Azərbaycan dəyərlərini, mədəniyyətini tanıtmaq, ölkəmiz, xalqımız  barədə alman cəmiyyətində doğru təsəvvür formalaşmasına yardım etməkdən ibarət olacaq. Qurum ilk öncə Berlində, fəaliyyət dairəsini genişləndirdikdən sonra isə Almaniyada yaşayan soydaşlarımızı koordinasiya etmək, Azərbaycan mədəniyyəti, tarixinə maraq göstərən hər kəsi birlik ətrafında cəmləşdirmə, ortaq lahiyələr həyata keçirməyə kömək edəcək. Təşəbbüs qrupu tərəfindən yaradılmasına qərar verilib və qeydiyyat uçün rəsmi orqanlara müraciət edilib. Nizamnaməsi nəzərdən keçiriləndən sonra rəsmi qərar veriləcək.

Sizin Reklam Yeriniz