news Image
2016.06.01
09:30
| A A A
Azərbaycandan dünyaya multikulturalizm mesajı
Azər Həsrət: “Azərbaycanın bu təcrübəsinin başqa ölkələrdə tətbiq edilməsi həmin dövlətlərə sülh, birlik, əmin-amanlıq gətirər, oradakı insanlar arasında qarşılıqlı anlaşmanı dərinləşdirə bilər”

Azərbaycan Prezidenti İlham Əliyev Respublika Günü münasibətilə keçirilən tədbirdə bildirdi ki, ölkəmizdə bu il "Multikulturalizm ili" elan edilib: "Bu da xüsusilə indiki şəraitdə dünyaya bir mesajdır. Azərbaycan cəmiyyəti əsrlər boyu multikulturalizm şəraitində yaşayır. Hələ bu ifadə yaranmadan biz milli barışıq, tolerantlıq, qarşılıqlı dəstək və hörmət şəraitində yaşayırdıq. Bu gün bizim nümunəmiz dünyada öyrənilir və dəstəklənir. Biz çalışacağıq və çalışmalıyıq, - bunu da qarşıya vəzifə kimi qoyuram, - həm Azərbaycan təcrübəsi dünyada daha da geniş şəkildə təbliğ edilsin, həm də biz bu təcrübəni digər ölkələrlə paylaşaq ki, dini, milli dözümlülük, tolerantlıq, multikulturalizm meyilləri güclənsin. Əks təqdirdə, bu, bizə də problemlər yarada bilər. Çünki biz adada yaşamırıq və istər-istəməz xarici təsir də mümkündür. Necə ki, biz təsir edirik, Azərbaycana da təbii olaraq, media və digər vasitələrlə təsir göstərilir. Ona görə biz əlbəttə, maraqlıyıq ki, bölgədə və dünyada multikulturalizm meyilləri güclənsin. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik".

Azərbaycan multikulturalizmin dünyada geniş təbliği üçün hansı addımlar atmalıdır? Dünya üçün bu təcrübədən istifadə nə deməkdir?

Siyasi şərhçi Azər Həsrətin fikrincə, Azərbaycan etnik, dini azlıqların ölkəmizdə rahat yaşaması təcrübəsini dünyaya yaymaq istiqamətində addımlar ata bilər: "Azərbaycanın multikulturalizm sahəsində böyük təcrübəsi var. Özü də bu təcrübə tarixi ənənələrə söykənir. Min illərdir Azərbaycan ərazisində yaşayan insanlar bir qayda olaraq bir-birilə qaynayıb-qarışıb. Faktiki olaraq, Azərbaycan Respublikasında dini, mili, irqi ayrı-seçkilik təzahürləri heç zaman müşahidə edilməyib. Yalnız ermənilər məsələsi istisnadır. Burada da problem bizdən deyil, ermənilərin özlərindən qaynaqlanır. Azərbaycanda müxtəlif millət, dinlər və baxışlardan ibarət olan insanların bir yerdə yaşamaları üçün gözəl şərait formalaşıb. Hansı ki, bu mənada bizim təcrübəmiz dünya üçün bir model, örnək təşkil edə bilər. Bu baxımdan da Azərbaycanda etnik, dini azlıqların rahat yaşaya bilməsi istiqamətindəki təcrübəni dünyaya da yaya bilərik. Xüsusən də Avropa ölkələri və ABŞ-a. Hardakı insanlar dərisinin rənginə, irqinə, fərqli dinin daşıyıcısı olduğuna görə, təqib və təzyiqlərə məruz qalır, hətta onlara qarşı kütləvi şəkildə tədbirlər təşkil edilir.

Almaniya kimi inkişaf etmiş, iqtisadi qüdrəti olan bir ölkədə konkret müsəlmanlara qarşı böyük hərəkatlar baş qaldırıb.

"Pegida" adlı bir təşkilat 10 minlərlə insanı küçələrə çıxararaq müsəlmanların ölkələrindən getmələrini tələb edirlər. Amma Almaniya dövləti buna baxmayaraq, prosesi rahat şəkildə izləyir, onlara qarşı heç bir tədbir görmür. Azərbaycanda isə kimlərsə tərəfindən belə cəhdlər olsaydı, dövlət dərhal onun qarşısını alardı. Lakin bizdə dövlətin bunu etməsinə də ehtiyac qalmır. Çünki ölkəmizin insanları da multikulturalizm dəyərlərinə sadiq və bağlıdırlar. Bu baxımdan da Azərbaycan örnəyini dünyada tanıtmaq, təbliğ etmək və başqa ölkələrdə də həmin modelin tətbiqi istiqamətində böyük işlər görmək mümkündür".

Hömsöhbətimiz düşünür ki, Azərbaycanın bu təcrübəsinin başqa ölkələrdə tətbiq edilməsi həmin dövlətlərə sülh, birlik, əmin-amanlıq gətirər, oradakı insanlar arasında qarşılıqlı anlaşmanı dərinləşdirə bilər: "Yəni, insanlar fərqli din və dildən ibarət olduqlarının fərqinə varmadan birgə yaşaya bilərlər. Almaniya və Fransada fərqli dil və dindən olan insanlarla bağlı problemlər daim yaşanır və bu günün özündə belə həmin problemlər mövcuddur. Azərbaycan modelinin həmin ölkələrdə tətbiqi isə fransız, ingilis, almanların özlərinin, həm də o ölkələrə pənah gətirən başqa millət və dinlərdən olan insanların da rahat yaşamalarına şərait yaradar. Azərbaycanda bunun gözəl örnəyi var. Azərbaycan xalqı məhz buna görə özünü xoşbəxt hiss edə bilir. Çünki burada heç kim fərqli düşüncə və mənsubiyyətinə görə sıxışdırılmır, özünü ikinci növ vətəndaş hesab etmir. Hamı ölkəmizdə bərabərdir və arxayın yaşaya bilirlər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs