news Image
2016.06.03
14:00
| A A A
“Daily Sabah” nəşri: Lütfən, Tarixi tarixçilərə buraxın!

Almaniya Bundestaqının qondarma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan qanun layihəsinin qəbulu Türkiyə və Azərbaycan içtinaiyyəti tərəfindən böyük təpkilərlə qarşılandı, hətta Türkiyə Almaniyadakı səfiri Hüseyn Avni Qarslıoğlunu geri çağırdı. Türkiyənin sərt şəkildə etiraz etdiyi qanun layihəsinin təsdiq olunduğu iclasa Almaniya kansleri Angela Merkel qatılmadığı da bildirilir.


Fransa tarixçisi Maksim Qoenin (Maxime Gauin) "Daily Sabah"da dərc edilən köşə yazısı da tarixə münasibət və layihəyə etiraz baxımından olduqca aktuallığı ilə diqqəti cəlb edir. Məqalənin orijinalı Fransada 3 dildə-fransız, alman və ingilis dillərində yayımlanıb. Redaksiyaya məqalənin Azərbaycan dilinə tərcüməsini millət vəkili, Fransa-Azərbaycan parlamentlərarası işçi qrupun üzvü Cavanşir Feyziyev təqdim etmişdir.


Lütfən, Tarixi tarixçilərə buraxın!


Son dəfə qondarma "erməni soyqırımının" Yerevanda yad edilməsi Ermənistan hökumətinin çətin vəziyyətdə olduğunu təsdiq etdi. Əlbəttə ki, Avropa İnsan Haqları Məhkəməsi qarşısında "Perinçek İsveçrəyə qarşı" işi üzrə məğlubiyyətdən sonra Ermənistan hökuməti 1915-16-ci illər faciəsinə heç bir aidiyyəti olmayan mükafatları Corc Kluni (George Clooney) kimi tarixə aid qərar vermək səlahiyyəti olmayan incəsənət xadimlərinə paylamaqla diqqəti cəlb etməyə çalışır. Bu minvalla da Jan-Mark Ara Toranyanın və Murad Frank Papazyanın həmsədrlik etdiyi Fransa erməni birliklərinin Koordinasiya Şurası ötən ildəkindən fərqli olaraq bu il 24 aprel yığıncağına Avropa məsələləri üzrə baş katibin müavinindən yüksək vəzifəli məmuru cəlb edə bilmədi.


Bununla belə, bəzi siyasətçilər Almaniyada Berlinin 2015-ci ilin əvvəlindəkirəsmi mövqeyini dəstəkləmək cəhdlərini əsirgəmədilər. Doğrudan da, o zaman Almaniya hökuməti beynəlxalq məhkəmə qərarının olmaması səbəbindən "erməni soyqırımı" iddialarını tanımaqdan açıq-aşkar imtina etmişdi. Heç təəccüblü deyil ki, bu imtina türklər və ermənilərin tarixi barədə qərarın Türkiyənin şərqindəki Ərzurum və Bitlis şəhərlərini hətta xəritədə belə göstərə bilməyən şəxslər tərəfindən verilməsinə cəhd edənləri hiddətləndirmişdi. Həmişə olduğu kimi, onlar Yohan Lepsiusa (Johannes Lepsius) istinad edirlər, özləri də bilərəkdən unudurlar ki, Lepsius özünün qatı sağçı, irqçi və anti-semit baxışları ilə ekstremist bir hərb tərəfdarı idi və həm də erməni məsələsi ilə bağlı 1919-cu ildə nəşr etdirdiyi alman diplomatik sənədlərini bilərəkdən saxlataşdırmışdı. Bu saxtakarlıq 13 il əvvəl Mustafa Çolak tərəfindən ifşa edildi (Türk Tarix Qurumu Bülleteni, LXVI cild, № 247, Dekabr 2002). Çolak Lepsius-un nəşr etdiyi versiyanı sənədlərin əsli ilə müqayisə edərək onların faksimillərini yuxarıda adı gedən nəşrə əlavə edib. Daha yaxın tarixdə isə Lepsius-un saxtakarlıqlarını Günter Levi (Guenter Lewy) özünün "Osmanlı Türkiyəsində Erməni Kütləvi Qırğını" kitabında təhlil edib. Müvafiq olaraq, indi artıq qəti şəkildə müəyyən edilib ki, 1921-ci ildə Berlində Talat Paşanı qətlə yetirən Soğomon Tehliryanın müdafiəsi Tehliryanın tamamilə uydurma həyat hekayəsinə əsaslanmışdı. Bu mudafiədə Lepsiusun da böyük xidmətləri olmuşdu. Bunun üçün məsələn,Jacques Derogy-nin "Müqavimət və İntiqam", Marian Nesrobyan MacCurdy-nin "Müqəddəs Ədalət: Erməni Nemesis Əməliyyatının Səsləri və İrsi" əsərlərinə baxmaq kifayətdir. Belə ki, məhkəmə zamanıTehliriyan özünü bu cinayəti təkbaşına törətmiş kimi qələmə versə də, əslində o, 1919-1920-ci illərdə erməni inqilab federasiyası tərəfindən yaradılmış mütəşəkkil bir cinayətkar qrupun (Nemesis) üzvü olub. O deyirmiş ki, guya ailəsinin qırğına məruz qalmasının şahidi olub, halbuki onun


atası hələ birinci dünya müharibəsi başlamazdan əvvəl Belqrada köçmüş və 1915-ci ildən xeyli sonralar oradaca öz əcəli ilə vəfat etmişdir. Tehliriyan guya bacısının oğurlanmasını gözləri ilə gördüyünü iddia edirmiş, halbuki onun heç vaxt bacısı olmayıb. Qatil guya tam bir təsadüf nəticəsində qırğından canını qurtardığını bildirsə də, əslində 1914-cü ildən Tehliriyan özü də Belqradda olub və elə orada da rus ordusuna qoşulub. Beləliklə, əslində o Şərqi Anadoluda heç bir qırğının çşahidi olmayıb və heç zaman Osmanlı Ordusu tərəfindən məcburi köçürülməyə də məruz qalmayıb.


Alman cəmiyyətinin son yetmiş ildə təkamülünün dəqiq hüdudlarını bilmək istəyirsinizsə, Aryan irqinin guya ali irq olmasına inanan və öz inamını düşüncəsinin və hərəkətlərinin mərkəzinə qoyan, habelə qətli əsaslandırmaq üçün yalanlar uyduran Lepsius kimi bir avantüristinbu gün Almaniya Federal Parlamentində istinad mənbəyi olması faktı, əlbəttə ki, digər məsələlərlə də yanaşı mübahisə doğuran bir haldır.


Lepsiusun iğtişaş təhdidləri


Erməni məsələsi ilə bağlı Yohan Lepsius haqqında toplanmış bütün ifşaedici bilgilərə rəğmən yenidən ona istinad edilməsi ilə yanaşı, şübhəli şəxslərdən arqument gətirməkbu gün Almaniyada dönə-dönə istifadə olunan bir tendensiyaya çevrilib. Xüsusilə də ötən ildən başlayaraq davam edən Zabel Yesayana (1878-1943) istinadlar bunun parlaq nümunəsidir.


Zabel Yesayan "Hürriyet": "Daily News"-un əməkdaşı William Armstrong kimi sadəlövh insanlar tərəfindən sadə yazıçı, səmimi bir Osmanlı tərəfdarı və buna görə də etibarlı mənbə sayılan şəxs kimi təqdim olunub. Elə buradan aydın görünür ki, belə fikir yürüdən adamlar heç vaxt heç bir arxivdə işləməyiblər. Əslində Yesayan ifrat erməni milliyyətçisi idi. O, Bütöv Ermənistan uğrunda Nümayəndə Heyətini təmsil edirdi, daha dəqiq desək, Yesayan Adanada, Birinci Dünya Müharibəsindən sonra Qafqazdan Mersinədək uzanan Ermənistan iddiasında idi. Bu nümayəndə heyətində üstünlüyü Ramgavar partiyası təşkil edirdi və bu partiya millətçi təşkilat olmaqla Erməni Legionunda cinayət və intizamsızlıqlara görə fransız zabitləri tərəfindən günahlandırılırdı. Xüsusilə 1919-cu ildə Ramgavar partiyasının Misir şöbəsi tərəfindən göndərilən "erməni üsyanını təbliğ edən" və Fransanının adını alçaldıcı sözlərlə ifadə edən nifrətamiz məzmunlu məktubların fransız senzurası tərəfindən ələ keçirilməsiona qarşı iddiaların əsasını təşkil edirdi. 1920-ci ilin ortalarında fransızlar tərəfindən Kilikiya işğalının Ermənistan dövlətinin qurulmayacağı ilə sona yetəcəyini anlayan Yesayan İstanbula gedir və verəcəyi bəyanatın əks təsirini dərk etmədən,öz bəyanatında Fransa Ali Komissarı Albert Defransı təhdid edirdi. Yeseyanın planına görə, fransızların Kilikiya və Adana ərazisində Ermənistan yaratmaq təşəbbüsünə rədd cavabı verdiyi təqdirdə "ermənilər aranı qızışdıraraq müsəlmanlarla caxnaşma və insidentlər yaratmalı idilər" və beləliklə də,fransızları bu iğtişaşlara müdaxilə etməyəvə yaxud daimi orada qalmağa məcbur etməli idilər. Bütün bunlar sadəcə boş sözlər deyildi. Bu məqsədlə həm də İzmirin erməni məşhurları iğtişaşların törədilməsi və fransızların müdaxiləsini təmin etmək üçün döyüş təşkilatlarının yaradılmasına 100 min lirə ianə toplamışdılar. Albert Defransın 1920-ci il iyulun 4-də Quai d'Orsay-a göndərdiyi teleqramda belə deyilirdi: "Daha dramatik olanı isə budur ki, 1920-ci ilin iyununda, Yesayanın "iğtişaş törətmək" təhdidindən bir neçə həftə əvvəl erməni və assuriyalılardan ibarət bir qrup Adana yaxınlığındakı Camili kəndində əksəriyyəti qadın və uşaq olmaqla 45 türkü qətlə yetirib. Qətliam barədə hesabatın müəllifi kapitan Dromardın sözlərinə görə bəzi qurbanlar "vəhşicəsinə eybəcər hala salınmışdı". Bu qırğının əsas təşkilatçılarından biri fransız zabiti, leytenant Jak Lömeqr Dübröy tərəfindən istintaq aparılmadan güllələnmişdi; qalan 26 nəfər isə, 5-i ölüm cəzasına məhkum edilməklə Adananın fransız hərbi məhkəməsi tərəfindən cəzalandırılmışdı." (Həmin teleqram indi La Courneuvedə Xarici İşlər Nazirliyinin arxivində saxlanır. Mikrofilm 16674.)


Bundan sonra erməni millətçilərinin 1920-ci il iyulun 10-da təşkil etdikləri anti-türk qiyamları əksəriyyəti müsəlman sakinlərdən ibarət olan şəhəri faktiki olaraq müsəlmanlardan təmizlədi. Bundan çox hiddətlənmiş fransız inzibatçısı, polkovnik Eduard Bremond erməni və assuriyalı cinayətkarların məhkəməsiz edam edilməsini (asılmasını) və edamdan sonra cəsədlərin ictimai yerlərdə nümayiş olunmasını əmr edir. (1920-ci il 10 iyul əmri ilə Nantez diplomatik arxiv mərkəzində [CADN], qutu 1SL/1V/139-də tanış olmaq olar.) Beş erməni və bir assuriyalı dar ağacından asılır, altıncı erməni qaçmağa cəhd göstərərkən güllələnir. Yalnız belə radikal tədbirlərin görülməsi nəticəsində sakitliyi bir qədər bərqərar etmək mümkün olur. Eyni zamanda fransız administrasiyasının maliyyə məsələlərinə məsul şəxs olan Paul Bernard öz qəzəbini şəxsi gündəliyində belə ifadə edirdi: "Bizi ləkələmək, şantajvə təhrik etməküçün ermənilər əllərindən gələni edirdilər. Həqiqət budur." Yesayanın iğtişaşlar barədə təhdidlərini biləndən sonra bu yazının mənası daha yaxşı başa düşülür.


Daha sonra Yesayanın təhrikçiliyi ilə erməni millətçilərinin anti-semit ənənələrinin davamı olaraq və Fransaya ənənəvi bağlılığı olan yəhudi icmalarını hədəfə almaq və çox güman ki, bununla da Osmanlı hökumətinə problem yaratmaq məqsədi ilə erməni soyğunçuları Adanadakı sinaqoqa da hücum edirlər (mayor Tommy Martinin 1 avqust 1920-cil il tarixli hesabatından. CADN. qutu 1SL/1V/135).


Bütün bunları bildikdən sonra Yesayanın əsl sifəti və onun Albert Defransa etdiyi xəbərdarlığın mahiyyəti daha aydın görünür. Sonucda bu təhdidlər qismən də olsa həyata keçdi. Erməni millətçi qrupları öz dindaşlarına, təqribən 60.000 erməniyə təzyiqlər edərək, onları 1921-ci ilin sonunda Kilikiyanı fransız ordusu ilə birgə tərk etməyə məcbur etdilər və onların yeni Türkiyədə türklərlə birgə yaşayışına mane oldular. Türklərlə ermənilərin birgə yaşayışının qarşısını almaq həm Kamalçı, həm də Fransız hökumətini iqtisadi cəhətdən narahat edən məsələ idi. Xüsusilə 60.000 insana Suriya və ya Livanda ev tikmək maliyyə cəhətdən çox baha başa gəlirdi.


Köçürmə üzrə fransız komissiyasının müşahidələrinə görə türk və fransız dəstələrinin əvəzlənməsi heç yerdə qalmaqallı hadisələrlə müşaiyət olunmamış və xidmətlərin bir-birini əvəzləməsi normal bir şəkildə baş tutmuşdur. Təxliyə üzrə fransız komissiyasının hesabatından göründüyü kimi, Türk ordusunun çıxarılması (geri çəkilməsi) vəmənzil başına gəlib çatması zamanı "heç bir insident qeydə alınmayıb".


1921-ci ilin dekabrın 9-da pravoslav, katolik və protestant təriqətlərinə aid icmaların rəhbərləri onlarla danışıq aparan baş fransız vasitəçisi Henry Fankllin-Bouillon-a bəyan edirdilər ki, Kilikiyada qalmaq istəyən ermənilərə özekstremist dindaşları tərəfindən təzyiq və təhdidlər edilərək köçüb getməyə məcbur edilirdilər. Bu gün həmin regionda ermənilərin demək olar ki, heç qalmamasının da əsl səbəbi budur. Beləliklə, 1915-16-cı illərdə qiyamların qarşısının alınması məqsədiləhəyata keçirilmiş məcburi köçürmə tədbiri isə Osmanlı ermənilərinin demoqrafik itkilərinin - ölüm və miqrasiyanın səbəblərindən yalnız biridir. Lakin bu yeganə səbəb olmaqdan çox-çox uzaqdır.


Sonda isə mən öz həqiqi rollarını deyəsən unutmuş kimi görünən siyasətçilərə, aktyorlara və müğənnilərə üzümü tutub demək istəyirəm: Lütfən, Tarixi tarixçilərə buraxın!



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs