news Image
2016.06.05
16:00
| A A A
Mirzə Şəfi erməni kişilərini necə eyibləyib? – XATİRƏLƏR

Movqe.Az moderator.az-a istinadən Vasif Əlihüseynin yazısını təqdim edir

1794 -cü ildə Gəncədə xanlığın saray memarı Kərbəlayi Sadıqın ailəsində doğulan Şəfi mədrəsəni bitirdikdən sonra Cavad xanın qızı Püstə xanımın yanında mirzəlik edib. Elə buna görə də o vaxtdan "Mirzə" adını qazanıb. Lakin hadisələr elə gətirir ki, Püstə xanım İrana qaçmalı olur. Şəfi atasını tez itirdiyindən Şəfiyə dəstək verən Hacı Abdulla da vəfat edir. Bundan sonra Şəfi gözəl xətti olduğuna görə mədrəsədə özünə iş tapır.

Bir gün Şəfi Gəncə mədrəsəsində işlədiyi bir vaxtda M.Fətəli onun yanına gələrək, rühani olmaq istədiyini deyir. Şəfi yanına gəlmiş gənc istedadı yolundan daşındıra bilir. Şəfi 1840 - cı ildə Tiflisə, şagirdi Mirzə Fətəlinin yanına köçür, Axundzadənin köməyi ilə Tiflis qəza məktəbinə türk, ərəb və fars dilləri müəllimi vəzifəsinə təyin olunur. Qafqaz canişini general Neytqartın təklifi ilə Tiflisə gələn Almaniyanın Hannover şəhərində doğulan şair Fridrix Bodenştedt Şəfinin yanına gələrək, türk dilini öyrənmək istədiyini deyir.

"Mirzə Şəfi kimə vulumuşdu?"

Şəfinin vurulduğu xanım İbrahim xanın qızı Züleyxa idi. Züleyxa xanım da Şəfini sevir, amma İbrahim xan qızını özünə tay bildiyi Əhməd xana vermək üçün toy tədarükü gördüyü bir vaxtda, Şəfi Züleyxa xanımı qaçırır. Əhməd xanın adamları onları taparaq Şəfini çox ağır cəzalandırırlar. Bundan sonra ilk sevgisi daşa dəyən Şəfi, uzun zaman Züleyxanı unuda bilmir.

"Yenidən sevmək olarmış..."

Şəfi yenidən eşqə düşür. Bu dəfə tacir qızı olan Hafizəni sevir. Hafizə xanım da Şəfini sevir. Amma, Hafizənin atası tacir olduğu üçün görməmiş adam olur. Ona görə də Şəfinin kasıb olduğunu görüb ona qızı vermir. Amma, çox keçmir ki, Hafizənin atası rəhmətə gedir və cütlük öz sevgisinə qovuşur.

"Şəfi erməni kişilərini necə eyibləyir..."

Xatirələrindən bəlli olur ki, Bodenştedt İrəvana səfər edir, oradan qayıtdıqdan sonra "Divani - Hikmət" ə Şəfiyə gördüklərini danışmağa gəlirlər. Onlar Şəfiyə erməni qadınlarının böyük daşlardan soba tikmələrini danışırlar. Şəfi bundan əsəbiləşərək deyir: "Eyib olsun, onların kişilərinə. Ən yüksək qiməti qadınlara vermək lazımdır. Bu gözəl məxluqun əziyyət çəkməsində ancaq kişilər günahkardırlar.

Mirzə Şəfinin mühazirələrinə paxıllıq edən qələm adamları içində bağdadlı alim Mirzə Yusif idi. O, Şəfini elm adamları arasında ən səviyyəsiz şəxs sayırdı. Amma, Şəfi onu da bu hərəkətinə görə cəzalandırır.

Yazıda "Mirzə Şəfi haqqında xatirələr" kitabından istifadə edilmişdir.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs