Əlaqə Arxiv
news Image
2016.06.06
16:46
| A A A
Ramiz Fətəliyevin 70 illik yubiley gecəsi keçiriləcək

İyunun 7-də ssenarist-rejissor Ramiz Fətəliyevin 70 illik yubiley gecəsi keçiriləcək. Movqe.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək yubiley tədbiri Nizami Kino Mərkəzində baş tutacaq.

 

1970-ci illərin əvvəlindən başlayaraq R.Fətəliyevin ssenariləri əsasında "Ömrün ilk saatı", "Sizi dünyalar qədər sevirdim", "Yaramaz" ("Azərbaycanfilm"), "Altıncı", "Riskə getmədən" (M.Qorki adına Studiya), "Şahidsiz", "Təzə evlənənlər üçün çətir" ("Mosfilm"), "Ailə işləri", "Həyatın xırdalıqları" (A.Dovjenko adına Studiya), "Həyatın mənası" ("Özbəkfilm") və s. 50-dən çox film və serial çəkilib.

 

R.Fətəliyev eyni zamanda, "Hökmdarın taleyi", "Bir anın həqiqəti", "Qraf Krestovski" kimi bədii və televiziya filmlərinin quruluşçu rejissorudur. 

Sizin Reklam Yeriniz