news Image
2016.06.07
11:45
| A A A
Yunanıstanda Azərbaycan Gəncləri Həftəsi təşkil edilib

30 may-6 iyun tarixlərində Azərbaycanın Yunanıstandakı səfirliyi, Gənclər və İdman Nazirliyi, Krit bölgəsinin bələdiyyəsi və Pirey bələdiyyəsi tərəfindən Yunanıstanın Afina şəhəri, eləcə də Krit bölgəsinin Xanya, Retimno, İraklion və Sitia şəhərlərində Azərbaycan Gəncləri Həftəsi təşkil edilib.


Bu barədə Movqe.az-a Gənclər və İdman Nazirliyinin Mətbuat katibliyindən məlumat verilib.


Tədbirin keçirilməsində əsas məqsəd iki ölkə arasında gənclər sahəsində əməkdaşlığı inkişaf etdirmək, milli-mənəvi dəyərlərimizi, musiqi və rəqslərimizi xarici ölkədə təbliğ etmək, ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaq idi.


Tədbir zamanı Gənclər və İdman Nazirliyinin xətti ilə Yunanıstanın Afina şəhərinə ezam edilmiş gənc musiqiçilər, muğamlardan ibarət kompozisiya ifa edib, "Cəngi", "İgidlər", "İnnabı", "Naz eləmə" və digər milli rəqslərimizi nümayiş etdirib, Üzeyir Hacıbəyov, Tofiq Quliyev və digər bəstəkarlarımızın əsələrini ifa ediblər.


Mayın 31-də gənc musiqiçilər Afina Konservatoriyasında əcnəbi musiqiçilər üçün "Azərbaycan milli musiqi alətləri" mövzusunda ustad dərsləri keçib, milli musiqi, rəqslərimiz, muğamlar haqqında geniş məlumat veriblər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs