news Image
2016.06.08
14:10
| A A A
Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyi qeyd olunub

İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Movqe.az xəbər verir ki, tədbir AMEA-nın, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin (AME), Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.


Mərasimdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə 50 illik tarixə malik Azərbaycan Milli Ensiklopediyasının fəaliyyətindən söz açıb. Alim ümummilli lider Heydər Əliyevin ensiklopediyanın formalaşması sahəsindəki müstəsna xidmətlərini xüsusi qeyd edib. Bildirilib ki, Azərbaycan ensiklopediya yaradıcılığının ən parlaq dövrü Ulu Öndərin adı ilə sıx bağlıdır. A.Əlizadə tədbirin Prezident İlham Əliyevin "Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 24 noyabr tarixli Sərəncamına əsasən keçirildiyini xatırladıb.


AMEA-nın vitse-prezidenti, AME-nin direktoru, akademik Tofiq Nağıyev "Ensiklopediya və maarifçilik" mövzusunda məruzə ilə çıxış edib.


Bildirilib ki, ötən dövr ərzində on cildlik universal Azərbaycan Sovet Ensiklopediyası, müxtəlif sahə ensiklopediyaları və lüğətləri hazırlanıb. 2004-cü ildən isə "Azərbaycan" xüsusi cildi Azərbaycan və rus dillərində çap edilib. Həmçinin AME-nin çoxcildlik universal beş cildi hazırlanıb nəşr edilib. Vurğulanıb ki, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin sədri, Prezident İlham Əliyevin dəstəyi və müvafiq sərəncamları ilə AME hazırda özünün tarixi inkişaf yoluna qədəm qoyub.


Digər çıxış edənlər də Azərbaycan Milli Ensiklopediyasının 50 illik fəaliyyətini yüksək dəyərləndirib, kollektivi yubiley münasibətilə təbrik ediblər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs