Əlaqə Arxiv
news Image
2016.06.15
13:00
| A A A
Azərbaycan filmləri beynəlxalq festivalın əsas proqramında yer alıb

Elçin Musaoğlunun "Nabat" və Asif Rüstəmovun "Axınla aşağı" tammetrajlı bədii filmləri Türkiyənin "Kristal Kale" Beynəlxalq Film Festivalının əsas proqramında yer alıb.


Mədəniyyət və Turizm Nazirliyindən Movqe.az-a verilən məlumata görə, 24-30 iyun keçiriləcək festivalda Azərbaycan, Almaniya, Bolqarıstan, Belarus, Qazaxıstan, Rusiya və digər ölkələrin istehsalı olan filmlər nümayiş olunacaq.


Qeyd edək ki, "Nabat" və "Axınla aşağı" bədii filmləri nazirliyin dəstəyi ilə 2014-cü ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb.


Dram janrında lentə alınan "Nabat" bədii filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Beşarat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Fatameh Mohamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.


"Axınla aşağı" bədii filminin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andreevska, Teymur Məmmədov və digərləri canlandırırlar.

Sizin Reklam Yeriniz