news Image
2016.06.17
18:10
| A A A
Azad Rəhimov: "Bəzi klubları çempionata qaytarmalıyıq"

"Super Liqada 8 komanda olmalıdı. Futbol Federasiyaları və əsas sponsorları olan SOCAR tərəfindən futbolun inkişafı üçün lazım olan hər şərait yaradılıb və dəstək olunub".


Movqe.az goal.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib.


 Ölkəmizdə ənənəvi idman növlərindən otüstü hokkey və həndbol üzrə Azərbaycan çempionatları demək olar ki, keçirilmir. Daim təşkil olunan basketbol növündə oyunlar böyük əhəmiyyət kəsb etmir. Mütəmadi təşkil olunan futbol və voleybol növləri üzrə yarışlara gəlincə, yeni mövsümdə əvvəlki kimi maraqlı keçəcəyi gözlənilmir. Çünki Premyer Liqada klub sayı 10-dan 8-ə endirilib, Super Liqada isə bu sayın nə qədər olacağı hələlik məlum deyil.


 Buna münasibət bildirən Rəhimov deyib ki, Azərbaycan Premyer Liqasında klubların sayının artırılması üçün danışıqlar aparılır: "Olimpiadadan sonra əsas işimiz bundan ibarətdi ki, hamımız regionlara getməliyik. Azərbaycanda 41 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Hər bir şəraitləri var. Orda seksiyalar yaradılmalıdı. İdmançılar gedib orda məşq etməli və onların arasında seçim aparılmalıdı. Biz tək Bakıdan Olimpiya çempionu böyüdə bilmərik. Bütün ölkədən kütlə yığılmalı və o kütlənin arasından seçilməlidi. 10 min idmançıdan 1 Olimpiya çempionu çıxır. Futbol komandalarımızın azalmasının yığmaya birmənalı təsiri olacaq. Hansısa bir addımlarla bəzi klubları çempionata qaytarmalıyıq. Mənim fikrimcə, orda ən azı 12 komanda iştirak etməlidi. Bu proses gedir, danışıqlar aparılır. İnanırıq ki, nəticədə komandaların sayını çoxalda biləcəyik.


 


Bazaya malik bir çox futbol klublarımız maddi çətinliklər səbəbindən ya fəaliyyətlərini dayandırdılar, ya da aşağı diviziona yuvarlanıblar. Onların tabeliyində olan maddi-texniki baza isə bu gün demək olar ki, baxımsız qalıb. Nazir "Bu istiqamətdə AFFA-ya hansısa tövsiyələri verməyiniz mümkündümü? Ümumiyyətlə, iş adamlarının klublara sponsorluq etməsi üçün onların vergidən azad edilməsi müzakirə oluna bilərmi" sualını belə cavablandırıb: "Vergidən azad olunması məsələsinə sırf parlament, Nazirlər Kabineti tərəfindən baxılmalıdı. Buna görə də, mən o suala cavab verə bilmərəm. Amma sual yaranır ki, biz idman üçün güzəştlər edirik, bəs niyə bu güzəştlər mədəniyyət və təhsil üçün olmamalıdı? Bunlar bir-birinə bağlı suallardı. Bunu başlasaq, sonda dövlət büdcəsi üçün heç vergi də yığılmayacaq. Hal-hazırda büdcədən vəsait ayrılır. Bütün komplekslərə dotasiya verilir. Heç bir problemləri yoxdu. Bir neçəsi var ki, çoxdan tikilib, Bərdə və Maştağa Kompleksində təmirə ehtiyac var. Amma təzə tikilənlər yüksək səviyyədədilər və standartlara cavab verirlər". 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs