news Image
2016.06.22
12:30
| A A A
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin iyirmi səkkizinci cildi çapdan çıxıb

"Sahibkarlığın inkişafına dəstək bundan sonra da davam etdiriləcəkdir. Mən bu gün bütün sahibkarlara öz siyasi dəstəyimi bir daha bildirmək istəyirəm. Bütün icra orqanlarına, onların rəhbərlərinə, yerlərdə, Bakıda, mərkəzi icra orqanlarında işləyən bütün məmurlara göstəriş verirəm ki, sahibkarlara maksimum dərəcədə kömək etsinlər, onlara problem yaratmasınlar, işinə müdaxilə etməsinlər. Onlara qarşı əsassız və qanunsuz tələblər irəli sürməsinlər və imkan versinlər ki, Azərbaycanda sahibkarlıq güclənsin, möhkəmlənsin. Bu, bizim gələcəyimizdir, iqtisadi müstəqilliyimizdir. Sahibkarlığın inkişafı olmadan Azərbaycanın hərtərəfli inkişafı davam etdirilə bilməz".


Yenicə çapdan çıxmış "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 28-ci cildində yer alan bu fikirlər dövlətimizin başçısının "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördillik yekunlarına həsr olunmuş konfransdakı yekun nitqindən götürülüb.


Çoxcildliyin bu kitabına daxil olan materiallar 2007-ci ilin dekabrından 2008-ci ilin fevralınadək olan dövrü əhatə edir.


Nəşrin bu cildi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yaponiyanın imperatoru Akihitoya məktubu ilə başlanır.


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində dövlətimizin başçısının Nazirlər Kabinetinin 2007-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2008-ci ildə qarşıda duran vəzifələrə, həmçinin regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördillik yekunlarına həsr olunmuş konfranslarındakı nitqləri yer alıb.


Kitabda Prezident İlham Əliyevin İsveçrəyə səfərinə, Dünya Davos İqtisadi Forumunda iştirakına, burada keçirdiyi çoxsaylı görüşlərə dair materiallar, Macarıstana dövlət səfəri zamanı Prezident Laslo Şoyom ilə görüşü, ikitərəfli sənədlərin imzalanması, dövlətimizin başçısına Macarıstanın nüfuzlu Korvinus Universitetinin Fəxri doktoru adının verilməsi, habelə apardığı danışıqları, çıxışları və bəyanatları əksini tapıb.


Nəşrdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidentinin Əli Bayramlı (indiki Şirvan), Ağdam və Ağcabədi rayonlarına səfərləri, bu bölgələrin sosial-iqtisadi inkişafına həsr olunmuş çıxışları, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallar verilib.


Dövlətimizin başçısının Müdafiə Sənayesi Nazirliyinin "Peyk" zavodunun açılış mərasimində iştirakı, "Telemexanika" zavodunda keçirdiyi görüş, Dövlət Bayrağı Meydanının təməlqoyma mərasimi, Bakının rayonlarında yeni yolötürücülərinin açılışı, habelə Əjdərbəy, Bibiheybət və Təzəpir məscidlərində yenidənqurma işləri ilə tanışlığı zamanı söylədiyi nitqləri də bu kitabda verilib. Nəşrdə, həmçinin Prezident İlham Əliyevin kütləvi informasiya vasitələrinə müsahibəsi, bəyanatı, müxtəlif məktubları yer alıb.


Kitaba "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri də daxil edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs