Əlaqə Arxiv
news Image
2016.06.28
17:22
| A A A
Poeziyada yeniləşmə zəruri və qaçınılmazdır

1. ADAM . İNSAN.


Adətən adam yaxud insan dedikdə eyni bir canlı varlıq (məxluq) başa düşülür. Əslində isə bu şərtidir. Belə ki, adamlar zatən Adəm övladları olmaqla, bir-birindən çox fərqlənirlər. Onlar doğulduqdan sonra fiziki böyüməklə, əxlaqi, mənəvi,.. dəyərlərini tədricən zənginləşdirib, müəyyən vaxtdan sonra insan olurlar, bu adı daşıyırlar. Bu cür zənginləşməyə hər bir kəs müyəssər olmur. Odur ki, əhali arasında həmişə adamlar sayca çox, insanlar isə azlıq təşkil edir. Adamı Insandan fərqləndirən (aşağı tutan) əsas dəyərlərdən bəlkə də birincisi –adamların bir-birinə təmənnasız qayğı göstərməməsidir, yardım etməməsidr. İnsan isə bunun əksini edir - ətrafdakılara onlardan nəsə gözləmədən (ummadan) lazımlı məqamlarda qayğısını əsirgəmir, köməyindən qalmır. Adamlar təcrübədə yanıla-yanıla öyrənirlər, insanlar isə ağıl, şüur işlədərək, nəzəriyyəni əsas hesab edib, uyğun təcrübələrdə sınaqdan keçirirlər. Adama sözü bir neçə dəfə, insana isə bircə dəfə demək kifayət edir. Əgər adam yalnız öz evini sevirsə, insan – öz vətənini, bəşəriyyəti. Belə müqayisəni uzatmağa ehtiyac da yoxdur. Çünki normal şüur, düşüncəyə malik hər kəs bu fərqliliyi özü davam etdirə bilər.


İnsan heç vaxt təkbaşına hərtərəfli kamilləşə bilməz. O, canlı varlıq kimi yalnız yaşadığı cəmiyyətdə öz həqiqi insanlıq simasını qazanır, fərd olaraq bu cəmiyyətin övladıdır. Digər sözlə, bu cəmiyyətdə o, inkişaf edir, mənən ölməzlik qazanır, öz xoşbəxtliyinə də, doğma cəmiyyətdə nail olur.


Böyük bir varlıq olan insanın içində hər şey yazılıbdır. Bu yazıları oxumağı insan bacarmalıdır. Belə ki, Allah insanı inkişaf, tərəqqi meyilli yaratdığına görə, o, öz ağlı, düşüncəsi... hesabına, müntəzəm çalışmaqla hərtərəfli təkmilləşməli və nəticədə içindəkiləri (daxili aləmini) oxumalıdır.


Həyat özlüyündə heç vaxt dayanmır, daim özünəxas qaydada irəli gedir. İnsan olan bu həyatın, dövrün tələblərinə uyğunlaşmalı olduğundan – inkişafa, yeniliyə öz varlığı ilə can atmalı, nələri bilmirsə öyrənməyə səy göstərməli, tərəqqiyə çatmağa meylini göstərməyi bacarmalıdır. Elmlə, zehni işlə məşğul olanlar, ziyalı adlanmaq istəyənlər bu işdə daha çox qabağa getməlidirlər. Özlərini dayaz hiss etdikləri bilik sahəsinə diqqəti artırmalı, yenilik axtarışlarını özlərində




vərdişə çevirməli, öz qanlarına hopdurmalıdırlar. Mübahisə düşərsə, yalnız elmi dəyərlərə əsaslanmalı (çünki dünyanın həqiqətləri elm dilində yazılmışdır və elm elə bir nurdur ki, ancaq o, bəşəriyyəti həqiqətə, ədalətə, xəşbəxtliyə apara bilir), yoxsa inadkarlıq edərək (inadkarlıq zəiflik əlamətidir!) , köhnəliyə qaçmamalı. Təzə nəsə öyrənmək – zəiflər, tənbəllər, biganələr üçün problem olaraq qalır və əvvəllər öyrəndikləri vaxtlarını ötürməyə bəs edir. İnsanam deyən – ağlını, zəkasını artırar. Öz təfəkkürü gücünə maraqlandığı (çalışdığı) sahədə dərinliklərə baş vurar. Əgər kimsə inkişafı, yeniliyi heç vaxt sevmirsə, ona artıq insan demək olmaz və onu Yaradan da sevməz. İdrakı, düşüncəsi,.. keyləşmiş olanlar yenilik, tərəqqidən hər zaman kənar durarlar.


Böyük dəyərli yeniliklər, kəşflər, ixtiralar,.. adətən yüksək intellekt, qabiliyyət, bacarıq,.. tələb edir. Kİmlərdə bunlar azlıq edirsə yeniliyə yox deməkdən savayı başqa çarələri qalmır (paxılıq, həsəd,.. kimi mənfi xüsusiyyətlərin üstünlük təşkil ertdiyi kəslər). O da məlumdur ki, ağıl, zəka, idrak, dərin düşüncə, yüksək insani keyfiyyətlər hər kəsə qismət olmur. Belə bir həqiqət də var ki, insana xas olanları adamda axtarmağa ehtiyac da yoxdur.


2. ŞAİR.


Şair (həmçinin yazıçı) – xalqının yaradıcı gücünün ifadəçisidir, öz xalqının vicdanı və səsidir. O doğma xalqının parçası tək xalqını təmsil edir, onu həmişə üstün bilir. Xalqına qənim kəsilən onun da düşmənidir. Əgər şairin biliyi azlıq edərsə, dərindən yazmaz, yazdıqlarını isə oxuyanlar az olar. Şairlər özlüyündə başqa insanlarla müqayisədə daha həssas olur, digərlərinin biganəlik göstərdiklərindən təsirlənməklə, qüdrətli əsərlər yaradaraq qəlbləri fəth edər. Şairin missiyası Tanrının yaratdığı gözəllikləri öz təzahürlərində görə bilmək və tərənnüm etməkdir. Bu zaman o, həmin gözəlliklərdə olmayan yeni bir şey yaratmaq qabiliyyətinə malik deyil və sadəcə olaraq, kainatda gizli şəkildə olanları aşkarlamaqdır. Şairin fikri azad, amalı saf olmalı, haqqa dayaq durmağı, həqiqətin vurğunu kimi ad çıxarmağı,... özünə bayraq etməlidir. Şair doğma xalqa nələr gərəksə, onlar haqda düşünər. Xalqı ilə həmdəm olar, qəm-qüssə keçirər, bol həyəcan yaşayar. O, ölkədə baş verənləri öyrənər, onlardan təsirlənər və lazımlı məqamlarda xalqına öz köməyini əsirgəməz.Şair gərək çox mütaliiə etsin, təfəkkürünü, düşüncəsini... inkişaf etdirsin, yazılarında elm olsun, həyatı doğru – düzgün qavramaqda cəmiyyətə lazımi istiqamət verə bilsin.O, həmçinin yüksək etik - əxlaqi, mənəvi keyfiyyətləri yaşamında nümayiş etdirsin, insanları və insanlığı sevsin; öz əsrini aydın dərk etsin ki, ürəyində rahatlıq taparaq, öz




istəklərini həyata keçirməyə müvəffəq olsun.Şair ictimai xadimdir, səhvə yol verərsə, insanlar həyatda düzgün olmayan səmtə yön alarlar.


İlham – elə bir ildırımdır ki, hamı üçün işıq saçmır. Poetik ilham, şeir yazmaq bacarığı bütün insanlara nəsib olmur.O, yalnız seçilmiş insanlara verilir.Belə qabiliyyət əsasən Tanrıdan göndərilən qismətdir, paydır.Bu payı şair olan kəs öz xalqına, Vətəninə , insana və insanlığa sərf etməli, Tanrısına minnətdar olmalıdır.Şairdə yalnız müsbət insani keyfiyyətlər cəm olmalı və təzahür etməlidir.


Şairin ruhu onun ürəyindədir.Odur ki, onun ilham çeşməsi də onun ürəyidir və qüdrətli yazılmış hər yeni şeir, həmçinin üslubun özü də elə oradan gəlir.Bu səbəbdən xüsusən şair üçün onun ruhu daha əsasdır.Şairin hissləri ağlın əsiri olduğu halda, ağıl özü isə ruhun əsiridir.Şairin də həqiqi həyatı onun cismində deyil, ruhundadır.Kim ki, istəyir özünü ruhlandırsın – doğruçul olmaqla, daha çox xeyirxahlıq, yaxşılıq göstərsin(belə ki, xeyirxahlıq ruhun sağlamlığıdır, yaxşılıqsa düzgünlükdən ayrılmazdır; doğruçuluq olmayan yerdəsə xeyirxahlıq da olmaz), paxıllıqdan, həsəddən, riyakarlıqdan,.. uzaq dursun, öz ölməz ruhunu zədələnməkdən qorusun.


3.ÜSLUB.YENİLƏŞMƏ.


Hazırda xüsusilə poeziya öz durğunluq dövrünü yaşayır.Fikrimizcə bunun müxtəlif obyektiv və subyektiv səbəbləri vardır.Onların hamısını araşdırmaq fikrindən uzağıq.Daha çox güman etdiyimiz səbəb haqqında öz mülahizələrimizi bildirməyi yetərli sayırıq.


Ehtirasla yazılmış poetik əsərlərə son vaxtlar az hallarda rast gəlinir. Nədənsə sərbəst şeirlərə axır zamanlar maraq, həvəs hədsiz dərəcədə artıb. Bu özü həm də onu göstərmirmi ki, poeziyadakı mövcud üslub(dəqiq yaşı məlum deyil və yaranışca ömrü – çox uzaq keçmişlərdən baçlayır, əsrlərlə ölçülür) – yaradıcılıq üçün stimul vermək cəhətcə tükənib.Bu üslub (geniş mənada) uzun müddət yaradıcı insanlara şərəflə, ləyaqətlə... qulluq edib, onun köməyi ilə külli miqdarda parlaq, müxtəlif səpkili şah əsərlər yaranıb, insanların zövqünü oxşamaqda, qəlblərini riqqətə gətirməkdə, ürək və hisslərini coşdurmaqda,.. bacardığı səviyyədə unudulmaz xidmətlər göstərmişdir.Dünyada Tanrıdan savayı heç nə əbədi deyil.Hər bir şey, hadisə,.. öz zamanına uyğun şəkildə mövcud olur, təzahür edir, fəaliyyət göstərir.Poeziyadakı adı çəkilən bu üslub da istisnalıq təşkil etmir.İnsanın ağlı, əməlindən asılı olaraq getdikcə artır, aclıq hiss edən zəkası yeni elmi biliklər hesabına zənginləşir, təfəkkürü, düşüncəsi, zehni... güclənir, dərinləşir, itiləşir...və nəhayətdə dövrün


3


tələblərinə uyğun gələn yeni elm sahələrini yaratmağa müvəffəq olur(ədəbiyyat –


poeziya da onlardan biridir).


Riyazi və fəlsəfi (insanın həqiqəti fəlsəfə dilində yazılmışdır) qüsurlara


malik mövcud üslubu təkmilləşdirmək, onu yenisi ilə əvəz etmək, yaradıcı insanlar üçün mənəvi borcdur.Bu qüsurlar həmin üslubun təməlində, yaradılışındadır.Əsas səhv ondadır ki, şeirdə qafiyəyə həlledici, hakim rolu verilir(elə bütün bəlalar da məhz bu səbəbdən qaynaqlanır).Məlum olur ki, bu səhvi düzəltmək, qüsurlardan xilas olmaq üçün yeganə çarə, çıxış yolu – şeirdəki fikrə hökmdarlıq, hakim rolunu verməkdir.Bunun üçün mövcud üslubdakı məlum iki qafiyyəyə qrammatik qafiyəni də əlavə etmək gərəkdir.Müəllifə məxsus "Kəsə üslub" da elə bu əsasla yaradılıb(üslub haqqında ətraflı bax: "MÖVQE" qəzeti, nömrə 272, 12 dekabr 2015-ci il, səh.14;Poeziyada yeni yaradıcılıq üslubu – "Kəsə üslub").Bu üslub müasir dövrün elm və fəlsəfəsinin inkişaf səviyyəsinə tam uyğundur, başqa sözlə, elmi və fəlsəfi cəhətdən mükəmməldir(qüsursuzdur).Mövcud üslubun indiyədək gördüyü işi yeni üslub lazımi formatda davam etdirməyə şəksiz qadirdir.


İndi qalır "Kəsə üslub"un həyatda özünə layiqli yer tutması.Aydındır ki, bunda insan amili mühim rol oynayacaq.Əgər insan cəmiyyəti yetkin, səviyyəcə yüksəksə - yeniliyə, inkişafa arzu, istəyi güclüsə, başqa sözlə, münbit şərait varsa, bu proses tez və asan baş verəcəkdir.Bu işdə mövcud üslubla(şərti köhnə üslub) yazıb – yaratmış insanların (xüsusən vəzifə sahiblərinin) hansı mövqe tutması da önəmlidir.O da məlumdur ki, tarixən hər hansı bir yeniliyin tətbiqi, həyatda özünə yer eləməsi müəyyən çətinliklərlə müşayiət olunubdur. Lakin onu da nəzərə alaq ki, indi artıq sürət əsridir və ictimaiyyətin aktiv mövqeyi hazırda çox şeyi həll etmək gücünə malikdir.


Yeniləşmə prosesinin uğurla getməsində aidiyyəti üzrə olan qəzet və jurnal rəhbərlərinin, əməkdaşlarının rolu da danılmazdır. Kimlərdə vətənpərvərlik, maarifpərvərlik, tərəqqiyə, yeniləşməyə,... istək güclüsə, eləcə də onlara nəzarət (təsir) edən məmurlar yerindəsə, onda arzulanan yeniləşmə prosesi də normal keçəcəkdir.


Bu işdə "Ədəbiyyat qəzeti"nin, onun poeziya şöbəsinin üzərinə xüsusi məsuliyyət düşür. Baş redaktorun, şöbə redaktorunun və digər əməkdaşların təşəbbüskarlığından, işə yanaşma şəristəsindən, vətəndaşlıq mövqeyindən,... çox şey asılıdır. Azərbaycan Yazıçılar Birliyinin bu işə münasibəti isə ən əsasdır, müstəsnadır. Həm də bu qəzetin təsisçilərindən biri məhz həmin bu təşkilatdır. Nə isə, ... bax indi artıq insanın (işləyən əməkdaşın) kimliyi, necəliyi, həqiqi siması, işdə səriştəliliyi ... aşkar olacaqdır.




"MÖVQE" qəzetinin bu işə müsbət nümunəvi münasibəti ictimaiyyətə məlum olmalıdır. Belə ki, "Kəsə üslub" haqdakı məlum məqalə ilə bu qəzetə müraciət edərkən, tezliklə onu qəzetə göndərməyimi bildirdilər; məqalə ora çatan kimi qəzetin saytında yerləşdirdilər və ilk imkan yaranan kimi qəzetdə dərc etdilər. İşdə operativlik, müəllifin əməyinə hörmət, məqalənin mahiyyətini düzgün və vaxtında dəyərləndirmək, həqiqi jurnalistlik səriştəsi, yüksək vətəndaşlıq mövqeyi – bax budur! Belə halda deyərlər: Afərin! Əhsən! Bərəkallah! Var olasınız!


Arzu edərdik ki, istər əvvəlki, eləcə də hazırki məqalə – uzun müddət bu qəzetin saytında yerləşdirilsin və yeniliyə münasibəti əks etdirən fakt, əyani nümunə, eksponat, simvol... kimi öz layiqli yerini tutsun.


Gözləmək olar ki, bu vaxta qədər mövcud üslubdan istifadə edən həqiqi sənətkarlar, istedadlı və mübariz yaradıcı gənclik gələcəyi düşünəcək, zamanın tələbilə yaranmış mükəmməl "Kəsə üslub"dan istifadəyə önəm verəcəkdir!

Sizin Reklam Yeriniz