news Image
2016.06.28
18:00
| A A A
Ortaq türk dilinin qrammatikası hazırlanacaq

Türkdilli xalqlar üçün ortaq türk dilinin qrammatikasının hazırlanması nəzərdə tutulur.


Movqe.az xəbər verir ki, unu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktor əvəzi Möhsün Nağısoylu deyib.


M.Nağısoylu deyib ki, hazırda türkdilli xalqlar üçün ortaq ədəbiyyat, ortaq tarix hazırlanır.


 

Gələn ildən Azərbaycan dilinin yeni qrammatikası yazılacaq

İnstitut rəsmisinin fikrincə, türkdilli xalqlar üçün ortaq terminologiya, ortaq qrammatikanın da hazırlanması çox vacibdir:

"Xüsusilə ortaq terminologiyanı qeyd etmək istərdim. Yeni terminlər yaranır, biri onu öz dilinə uyğunlaşdırır, biri isə olduğu kimi işlədir. Bu mənada ortaq məxrəcə gəlmək lazımdır ki, türkdilli xalqların qarşılıqlı ünsiyyəti daha asan olsun".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs