news Image
2016.06.29
15:17
| A A A
AMEA-nın yeni muzeyi yaradılacaq

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Elm Tarixi Muzeyinin yaradılması haqqında qərar qəbul edib.


Azərbaycan Milli Elmlər Akademiyasından Movqe.az-a  verilən məlumata görə, AMEA Rəyasət Heyətinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) keçirilən səyyar iclasında AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev deyib ki, ölkəmizdə müasir tipli muzeylər XIX əsrin axırlarında yaranmağa başlayıb. Muzeylərin maddi və qeyri-maddi mirasın xəzinələri olduğunu deyən akademik bu qurumların Azərbaycan tarixinin, ədəbiyyatının, mədəni irsinin qorunub saxlanılması və təbliği işində misilsiz rolundan bəhs edib.


İ.Quliyev hazırda Azərbaycanda elmin populyarlaşdırılması, elmi nailiyyətlərin təbliği, gənc nəsildə elmə marağın artırılması, həmçinin Azərbaycan elminin keçdiyi tarixi yolu özündə əks etdirən eksponantların toplanılması və qorunub saxlanılması, ekspozisiya və sərgilərdə nümayişi məqsədilə Elm Tarixi Muzeyinin yaradılmasına böyük ehtiyac olduğunu vurğulayıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs