Əlaqə Arxiv
news Image
2016.07.04
11:30
| A A A
Argentina Parlamentində Azərbaycanla Dostluq Qrupu yaradılıb

 Argentina Parlamentinin Deputatlar Palatasında Azərbaycanla Dostluq Qrupunun yaradılması haqqında qətnamə qəbul olunub.

 

Azərbaycanın Argentinadakı Səfirliyindən Movqe.az-a bildirilib ki, qrupa həmin Palatanın vitse-prezidenti Patrisiya Ximenez sədrlik edəcək. Yeddi deputatdan ibarət qrupun beş üzvü Argentinada hazırda iqtidarda olan "Dəyişək" siyasi blokun üzvüdür, Argentinanın böyük əyalətlərinin təmsilçisidir. Qətnamədə Dostluq Qrupunun Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyası, habelə Argentina Xarici İşlər və Etiqad Nazirliyi ilə birgə əməkdaşlıq edəcəyi qeyd olunub. 

 

Qrupun yaradılması haqqında qətnamədə Dostluq Qrupunun üzvlərinin Azərbaycanla yaxından əməkdaşlıq edəcəyi, bu istiqamətdə Deputatlar Palatasının Beynəlxalq Əlaqələr Komissiyası və Argentina Xarici İşlər və Etiqad Nazirliyi ilə birgə fəaliyyət göstəriləcəyi də bildirilir. Qrupa yaxın vaxtlarda digər deputatların da qoşulacağı gözlənilir.

Sizin Reklam Yeriniz