Əlaqə Arxiv
news Image
2017.11.01
14:00
| A A A
Şekspir haqqında bilmədiyiniz 16 FAKT

İngilislərin ən böyük yazıçısı, dünyanın isə seçmə dramaturqu kimi qəbul edilən Uilyam Şekspirin həyatına və əsərlərinə dair maraqlı məlumatlar az deyil.

 

Movqe.az  xəbər verir ki, publika.az Şekspirlə bağlı bilinməyən 16 maraqlı məlumatı toplayıb:

 

1. Uilyam Şekspirin atası Con 1550-ci illərdə Stradford qəsəbəsində əkinçi idi. Atası daha sonra qəsəbədə şəhərin bələdiyyə başçısı vəzifəsinə qədər yüksəldi. Şekspirin anası isə varlı bir ailənin qızı idi.

 

2. Şekspir ailənin üçüncü uşağı idi və Stradford-on-Avon'da yerləşən evdə dünyaya gəlib. Şekspirin Con, Marqaret, Gilbert, Ana, yenə Con, Riçard, Edmund adlarında qardaşları vardı.

 

3. Şekspir hələ 18 yaşında ikən 1582-ci ilin noyabrında 26 yaşındakı Enn Heteuey adlı xanımla evləndi. Evləndiklərində Enn Heteuey Şekspirdən 3 aylıq hamilə idi və 6 ay sonra ilk uşaqları Suzanna dünyaya gəldi. 1585-ci ilin fevral ayında isə cütlüyün Hamnet və Cudi adlı əkizləri oldu.

 

4. 1585-1592-ci illər arasında Şekspirin nə etdiyi bilinmir. Araşdırmaçıların bir qismi bu 7 illik müddətdə onun Lord Çamberlens Men adlı teatrın idarəçiliyini etdiyini, ya da müəllim kimi çalışdığını düşünürlər. Digər bir qismi isə bu müddətdə Şekspirin özünü təhsilə həsr etdiyini və hüquq oxuduğunu düşünür.

 

5. Şekspir yazılarında bir çox fərqli imza istifadə edib.

"Will Shaksp", "William Shakespe", "Wm Shakspe", "William Shakspere", "Will Shakspere" kimi müxtəlif imzaları var idi. Lakin, heç birində indiki vaxtda istifadə edilən adı "William Shakspeare" (Vilyam Şekspir) yoxdur.

 

6. Həyatını araşdıran qaynaqlar Şekspirin soyadını özü daxil kimsənin tam olaraq doğru tələffüz edə bilmədiyini göstərir. Yenə bu araşdırmalara görə soyadının 80 fərqli tələffüz şəkli var.

 

7. Varlı bir ailədən gələn Şekspir həm etdiyi ticarət ilə, həm qələmə aldığı və tamaşaya qoyduğu əsərlər sayəsində çox varlı bir iş adamına çevrilir. Hətta, bəzi qaynaqlarda bu dövrdə Şekspirin sələmçilik etdiyinə dair məlumatlar yer almaqdadır.

 

8. Şekspirin cəmi 38 əsəri var. Səhnə üçün yazılmış ən uzun süjet xətli əsəri "Hamlet"dir. 1613-ci ildə 49 yaşında olarkən yazdığı son səhnə tamaşası isə "İki soylu qohum"dur.

 

9. "2-ci Riçard" və "Kral Con" tamaşaları mənzum yazılmış əsərlərdir.

 

10. Ən qısa səhnə əsəri 1770 sətirlik "Səhvlər komedyası"dır. Bu əsər tamaşaya qoyulanda təxminən 4 saat davam edir.

 

11. Şekspirin günümüzə heç bir kopiyası çatmayan iki əsəri var. Bunlar "Titled Lavour" və "Love s Labour s Won" dur.

 

12. Şekspir intihar ünsürünü çox sevirdi və bunu qələmə aldığı bəzi əsərlərdə rahatlıqla görə bilərsiniz. Şekspirin oyunlarında intiharla baş verən ölüm sayı 13-dür.

 

13. Şekspirin günümüzə təsirlərindən danışası olsaq, ədəbiyyat ensiklopediyasına görə ən çox adı hallanan yazarların başında gəlir.

 

14. ABŞ prezidenti Avraam Linkoln Şekspirin pərəstişkarı olub və hər yerdə bunu dilə gətirib. Bunu da qeyd edək ki, Avraam Linkolnun qatili Con Uilks But, şöhrətini Şekspir oyunlarına borcludur.

 

15. Uran planetin bilinən 27 ədəd peyk var və bu peyklərin adları Şekspir və Aleksandr Popun əsərlərindəki qadın və pəri adlarından seçilib. Bilinən ən böyük beş peyki Miranda, Umbriel, Oberon, Ariel və Titania'dır.

 

16. Şekspirin qələmə aldığı əsərlərdəki terminlər indiki ingilis lüğətində hələ də istifadə edilməkdədir. Şekspirin ingilis dilinə 3000-dən çox söz qatdığı bildirilir. Hətta, indiki vaxtda xaricilərin uşaqlarına verdiyi Olivia, Miranda və Jessica kimi adlar da Şekspir əsərlərində yaratdığı adlardır.

Sizin Reklam Yeriniz