Əlaqə Arxiv
news Image
2016.11.01
15:39
| A A A
Bakı Olimpiya Stadionunun fotosu 2016-cı ilin memarlıq fotosu adına namizəddir

Bakı Olimpiya Stadionunun fotoşəkli Memarlıq Fotoları Mükafatına (Architectural Photography Awards) namizədlər sırasına daxil edilib.

Movqe.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionu 20 ən yaxşı nominant sırasına daxil edilib.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu I Avropa Oyunlarından əvvəl, 2015-ci il martın 6-da istifadəyə verilib.

650.000 kv. m-lik ərazinin 225.000 kv m-lik hissəsinin tikinti işləri 2015-ci ilin fevralında başa çatmışdı.

2020-ci ildə bu stadionda futbol üzrə Avropa Çempionatının 4 matçı keçiriləcək./trend/

Sizin Reklam Yeriniz