Əlaqə Arxiv
news Image
2016.11.05
16:30
| A A A
Azərbaycan 2017-ci ildə 5 sərgidə təmsil olunacaq

İqtisadiyyat Nazirliyi 2017-ci ildə yerli şirkətlərin iştirak edəcəyi beynəlxalq sərgilərin siyahısını təsdiq edib. Bu barədə  Movqe.az  nazirliyə istinadən məlumat verir.

Məlumata görə, Azərbaycan gələn il Dubayda (Gulffood, 26 fevral -2 mart), Düsseldorfda (Prowine,19-21 mart), Moskvada (Worldfood, 11-14 sentyabr), Kölndə (Anuga, 7-11 oktyabr) və Honkonqda (HKTDC, 10-12 noyabr) təşkil olunan sərgilərdə iştirak edəcək.

Dubay və Kölndəki sərgilərdə Azərbaycanı 30, Düsseldorfda 15, Moskvada 50, Honkonqda isə 20 şirkət təmsil edəcək.

Sizin Reklam Yeriniz